Sun. Sep 12th, 2021

Azərbaycanlı gənc 6 nüfuzlu universitetə qəbul oldu (FOTO)

Beynəlxalq biologiya olimpiadasında qızıl medal qazanan paytaxt məktəblisi Azərbaycanda və Türkiyədə 6 nüfuzlu ali təhsil müəssisəsinə qəbul olub.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 102 nömrəli tam orta məktəbin məzunu Ranal Qurbanov Azərbaycan Tibb Universiti, Türkiyənin Acıbadəm Universiteti, İstanbul Cərrahpaşa Universiteti, Koç Universiteti, Bahçeşehir Universiteti və Eskişehir Osmanqazi Universitetində tibb ixtisası üzrə təhsil almaq imkanı əldə edib.
Lakin R.Qurbanov 1 il müddətində Amerika Birləşmiş Ştatlarında kurs keçəcəyi üçün müvəqqəti olaraq qəbul olduğu İstanbul Cərrahpaşa Universitetində təhsilini dondurub.
Qeyd edək ki, R.Qurbanov 18-23 iyul 2021-ci il tarixlərində Portuqaliyada onlayn təşkil olunmuş 76 ölkədən 296 şagirdin iştirak etdiyi 32-ci Beynəlxalq Biologiya Olimpiadasında (IBO2021) uğurlu nəticə göstərərək qızıl medala layiq görülüb. Bundan əlavə, o, 2020-ci ildə “IBO Challenge 2020” 31-ci Beynəlxalq Biologiya Olimpiadasında da uğur qazanaraq gümüş medalla təltif olunub.

Haqqımızda

AiləTravel.net xəbər saytı deyil, fərqli bir saytdır. AiləTravel.net saytında kriminal, siyasi xəbərlərə,şou xəbərlərə və xəbər saytlarına xas olan ənənəvi olan informasiyalara demək olar ki,rast gəlməyəcəksiniz. Bu sayt ancaq pozitiv məlumatlardan ,faydalı məlumatlardan əyləncəli şəkildə bəhs edən saytdır. ailetravel.net təkcə səyahət saytı deyil,eyni zamanda müxtəlif sahələrə marağı olan insanların informasiya tələbatını təmin edə biləcək əyləncəli-maarifləndirici saytdır.
Əgər sizin reallıqda səyahət etməyə imkanınız yoxdursa bizim saytla virtual səyahət edə bilərsiniz.Əgər siz aktiv səyahətçisinizsə eynilə bizim saytdakı materiallardan faydalana bilərsiniz, özünüz üçün yeni bilgilərdən istifadə edə bilərsiniz. Saytımızın səhifələrində nəinki peşəkar səyahət verilişləri ilə, eləcə də müəllif -həvəskar çəkilişlərlə tanış olacaqsınız. Güman edirik ki, informasiya bolluğunun olduğu indiki vaxtda AiləTravel.net sizlərin zövqünüzü oxşayan və tələblərinizə cavab verən mətbu orqan olacaq. Ümid edirik dəyərli vaxtınızı faydalı və maraqlı keçirəcəksiniz. Səyahətlə bağlı təəsüratlarınızı bizimlə bölüşə bilər,bu haqda yazılarınızı,vidematerialları, şəkilləri ,eləcə də irad və təkliflərinizi elektron ünvanımıza göndərə bilərsiniz.
AiləTravel.net həmçinin bütün yerli və xarici turizm şirkətlərini, eləcə də bütün iş adamlarını aktiv əməkdaşlığa dəvət edir.

Əlaqə