Sat. Sep 11th, 2021

Görkəmli ərəb səyyahı İbn Bəttutə

Daha çox İbn Bəttutə kimi tanınan Əbu Abdallah Məhəmməd ibn Bəttuta, orta əsrlərdə bütün müsəlman ölkələrinə, həmçinin müsəlmanların hakimiyyəti altında olan ərazilərə səyahət edən yeganə müsəlman səyyah olmuşdur. O, 24 fevral 1304-cü ildə Tanjerdə anadan olmuş, 1377-ci ildə Fezdə vəfat etmişdir.

İbn Bəttudə bütün zamanların ən böyük səyyahlarından biri sayılır. Onun qarşıya qoyduğu əsas məqsəd XIV əsrin ikinci yarısında mövcud müsəlman cəmiyyətini əsərlərində işıqlandırmaqdan ibarət idi. Macəra axtarmaq və bilik toplamaq istəyi ilə İbn Bəttutə ilk səyahətə 21 yaşında başladı. 24 il davam edən ilk böyük səfəri (1325-1349) Məkkəyə həcc ziyarəti ilə bağlı idi. Mərakеşdən İskəndəriyyə şəhərinə gəlməklə Misirin əsas hissələrində оlmuş, daha sоnra Fələstin üzərindən Məkkəyə gеtmişdir. Məkkədə gеri Fələstinə qayıdan Ibn-Bətutə Kiçik Asiyanı kеçərək Rusiyaya daхil оlmuş və Sibirə yоllanmışdır. Rusiyadan Istanbula qayıdaraq Оrta Asiyaya, buradan isə Əfqanıstandan kеçməklə Hindistana yоla düşmüşdür. Hindistanda dövlət хidmətinə götürülən səyyah 1342-ci ildə Çində оlur. Daha sоnra Maldiv adalarında, Mərakеşdə, təkrar Ispaniya geri dönmüşdür. İbn-Bətutə 1342-ci ildə dəniz yolu ilə Ərəbistana qayıtmış, özü ilə olduğu ölkələr haqqında zəngin məlumatlar gətirmişdir. Əsasən şəxsi məlumatlarına əsaslanaraq bu gün də öz əhəmiyyətini itirməyən, bir çox Avropa dillərinə tərcümə olunan İbn-Bəttutənin səyahətləri əsərini yazmışdır. Yazdığı kitabın tam adı: “Tuhfat əl-ənzar fi ğaraaib əl-amsar və əcaib əl-asfar”dır.

Ömrünün 30 ilini (1325-1354) səyahətə həsr etməklə İbn Bəttutə coğrafiya tarixində özündən sonrakı nəsillər üçün müsəlman ölkələri haqqında möhtəşəm bir abidə qoyub getmişdir. Quru və dənizlə 120 min km yol qət etmiş, 31-dən çox şəhərin adını qeyd etmişdir. O, yeni ölkələr və şəhərlər kəşf etməsə də, olduğu ölkələrin təsvirini verilmiş kitabları, o cümlədən «İbn-Bəttutənin səyahətləri» kitabı orta əsrin ən qiymətli coğrafiya əsərlərindən hesab olunur.

Ömrünün 30 ilini (1325–1354) səyahətə həsr etməklə o, coğrafiya tarixində özündən sonrakı nəsillər üçün müsəlman ölkələri haqqında möhtəşəm bir abidə qoyub getmişdir. İbn-Bəttutə Ferdinand Magellana qədər bütün dövrlərin ən böyük səyyahı sayılır. Coğrafiya tarixində orta əsrlərin ən qiymətli əsərləri ona məxsusdur.

İbn Bəttudənin əsərləri Avropada yalnız IX əsrdə fraqmentlərlə tərcümə olundu. Əvvəlcə Fransız dilinə tərcüməsi olan “İbn Battutanın səyahətləri” başlığı altında 4 cildli kitab, 1853-1858; 3-cü nəşr, 1893, redaktorları- Defremeri və Sanginetti, daha sonra Alman (1911) və İngilis (1929) nəşrləri meydana çıxdı.

Haqqımızda

AiləTravel.net xəbər saytı deyil, fərqli bir saytdır. AiləTravel.net saytında kriminal, siyasi xəbərlərə,şou xəbərlərə və xəbər saytlarına xas olan ənənəvi olan informasiyalara demək olar ki,rast gəlməyəcəksiniz. Bu sayt ancaq pozitiv məlumatlardan ,faydalı məlumatlardan əyləncəli şəkildə bəhs edən saytdır. ailetravel.net təkcə səyahət saytı deyil,eyni zamanda müxtəlif sahələrə marağı olan insanların informasiya tələbatını təmin edə biləcək əyləncəli-maarifləndirici saytdır.
Əgər sizin reallıqda səyahət etməyə imkanınız yoxdursa bizim saytla virtual səyahət edə bilərsiniz.Əgər siz aktiv səyahətçisinizsə eynilə bizim saytdakı materiallardan faydalana bilərsiniz, özünüz üçün yeni bilgilərdən istifadə edə bilərsiniz. Saytımızın səhifələrində nəinki peşəkar səyahət verilişləri ilə, eləcə də müəllif -həvəskar çəkilişlərlə tanış olacaqsınız. Güman edirik ki, informasiya bolluğunun olduğu indiki vaxtda AiləTravel.net sizlərin zövqünüzü oxşayan və tələblərinizə cavab verən mətbu orqan olacaq. Ümid edirik dəyərli vaxtınızı faydalı və maraqlı keçirəcəksiniz. Səyahətlə bağlı təəsüratlarınızı bizimlə bölüşə bilər,bu haqda yazılarınızı,vidematerialları, şəkilləri ,eləcə də irad və təkliflərinizi elektron ünvanımıza göndərə bilərsiniz.
AiləTravel.net həmçinin bütün yerli və xarici turizm şirkətlərini, eləcə də bütün iş adamlarını aktiv əməkdaşlığa dəvət edir.

Əlaqə