Sun. Sep 12th, 2021

Azərbaycan vətəndaşları pandemiya dövründə istirahət üçün ən çox – Bu Ölkələrə Üz Tutur

Azərbaycandan xaricə istirahət üçün gedənlər əsasən Türkiyə və Gürcüstana üz tutur.

FED.az xəbər verir ki, bunu turizm üzrə ekspert Ceyhun Aşırov deyib.

C.Aşırov qeyd edib ki, quru sərhədlər bağlı olduğu üçün vətəndaşlar bu ölkələrə hava yolu ilə gedirlər:

“Azərbaycana 9 ölkədən gəlməyə icazə verilib, yəni Azərbaycan 9 ölkə ilə hava sərhədlərini açıb. Müəyyən pandemiya qaydaları daxilində həmin ölkələrdən də Azərbaycana insanlar gələ bilərlər. Azərbaycandan da həmin ölkələrə getmək imkanları var, sadəcə olaraq müəyyən çətinliklər mövcuddur, koronavirus analizi, peyvənd sertifikatı kimi şərtlər var.

Hazırda Azərbaycandan vətəndaşlar əsasən Türkiyəyə və Türkiyə üzərindən icazə verilən Avropa ölkələrinə gedirlər, ancaq səyahət kütləvi şəkildə deyil. Hazırda Azərbaycan vətəndaşları daha çox ölkə daxilində istirahətə üstünlük verirlər.

Xaricdən isə Azərbaycana əsasən ərəb ölkələrindən, Türkiyədən və Rusiyadan gəlirlər. Gələnlər həm istirahət, həm də iş məqsədi ilə Azərbaycana üz tuturlar. Əlbəttə ki, səfərlər pandemiya qaydaları çərçivəsində təşkil olunur. Xaricdən gəliş də kütləvi xarakter daşımır”.

Mənbə: Trend

Haqqımızda

AiləTravel.net xəbər saytı deyil, fərqli bir saytdır. AiləTravel.net saytında kriminal, siyasi xəbərlərə,şou xəbərlərə və xəbər saytlarına xas olan ənənəvi olan informasiyalara demək olar ki,rast gəlməyəcəksiniz. Bu sayt ancaq pozitiv məlumatlardan ,faydalı məlumatlardan əyləncəli şəkildə bəhs edən saytdır. ailetravel.net təkcə səyahət saytı deyil,eyni zamanda müxtəlif sahələrə marağı olan insanların informasiya tələbatını təmin edə biləcək əyləncəli-maarifləndirici saytdır.
Əgər sizin reallıqda səyahət etməyə imkanınız yoxdursa bizim saytla virtual səyahət edə bilərsiniz.Əgər siz aktiv səyahətçisinizsə eynilə bizim saytdakı materiallardan faydalana bilərsiniz, özünüz üçün yeni bilgilərdən istifadə edə bilərsiniz. Saytımızın səhifələrində nəinki peşəkar səyahət verilişləri ilə, eləcə də müəllif -həvəskar çəkilişlərlə tanış olacaqsınız. Güman edirik ki, informasiya bolluğunun olduğu indiki vaxtda AiləTravel.net sizlərin zövqünüzü oxşayan və tələblərinizə cavab verən mətbu orqan olacaq. Ümid edirik dəyərli vaxtınızı faydalı və maraqlı keçirəcəksiniz. Səyahətlə bağlı təəsüratlarınızı bizimlə bölüşə bilər,bu haqda yazılarınızı,vidematerialları, şəkilləri ,eləcə də irad və təkliflərinizi elektron ünvanımıza göndərə bilərsiniz.
AiləTravel.net həmçinin bütün yerli və xarici turizm şirkətlərini, eləcə də bütün iş adamlarını aktiv əməkdaşlığa dəvət edir.

Əlaqə