Thu. Oct 7th, 2021

Kanada haqqında maraqlı məlumatlar

1. Kanada — ” kənd” mənasını verən “Kanata” sözündəndir.

2. Rəsmi dilləri — ingilis və fransız dilləridir.

3. Kanada əhalisinin 37%-i Vankuverdə Olimpiya oyunlarının keçirilməsinə qarşı olub .

4. Rusiyadan sonra Kanada ərazisinə görə ikinci böyük və yerləşdiyi qitədə ən böyük əraziyə sahib olan ölkədir.

5. Əhali sıxlığı ən az olan ölkədir – 1 kv.km-ə 3.5 nəfər.

6. Kanadada dünyanın başqa ölkələrindən daha çox daxili göl və çaylar vardır.

7. Ölkə əhalisinin 14%-i mütəmadi olaraq marixuana çəkir.

8. Kanada dünyada ən böyük sahil xətti olan ölkədir ki, sahil xəttinin uzunluğu 200 min km-dən də artıqdır.

9. Tyrans-Kanada dünyanın ən uzun beynəlxalq şossesidir – 7604 km.

10. Alyaskada olan şosse dünyada ən sürətlə tikilmiş yoldur ki, bunun 2451 km-i 1 ildən də az bir müddətdə salınıb.

11. Kanada sahəsinin 2.2%-də 43 park vardır. İlk Milli park (Banff) 1885-ci ildə salınıb.

12. Hər il kanadalıların 3%-dən çoxu qan bəxşişi (qan verir) edir.

13. Kanadanın ən yüksək dağ zirvəsi Maunt Logan zirvəsidir( 5 959 m)

14. Kanadada ən böyük ada əhalisi cəmi 11 min nəfər, ərazisi isə 507 451 kv.km olan Baffin adasıdır.

15. 18-30 yaş arası əhalinin 25%-i internetdən bilik və məlumat toplamaq məqsədilə istifadə edir.

16. Kanadada ən yüksək şəlalə Della Falls şəlaləsidir. Hündürlüyü 440 metrdir, maraqlı bir faktdır ki, dünyada ən yüksək şəlalə hesab edilən Niagaradan daha hündürdür.

17. Kanadalılarımn 7%-dən çoxu Allaha inanmır.

18. Kanada əhalisi 34 milyon nəfərdən çoxdur və əhalinin 16%-i, yəni 5.5 milyon nəfəri immiqrantlar (köçkünlər) təşkil edir.

19. Maraqlı bir fakt, BMT-nin araşdırmalarına görə Kanada dünyada inkişaf indeksi üzrə 4-cü yeri tutur ki, bu da Kanadanı yaşamaq və uşaqları böyütmək üçün ideal bir ölkə edir…

20. Məhz Kanadada icad edilən Xokkey Kanadanın milli oyunudur və əsas qaydaları X əsrdən etibarən qəbul edilib.

21. Kanadanın ən böyük şəhəri – Toronto. Onun əhalisi 5 milyondan artıqdır.

22. Kanadanın ən böyük şəhəri olan Toronto eyni zamanda, dünya üzrə ən çox universiteti olan bir şəhərdir.

23. Kanada dünyada pendirin ən iri istehsalçısı və istehlakçılarındandır.

24. Kanadanın paytaxtı – Ottava. Öncələr bu şəhər Bayton adlandırılıb.

Haqqımızda

AiləTravel.net xəbər saytı deyil, fərqli bir saytdır. AiləTravel.net saytında kriminal, siyasi xəbərlərə,şou xəbərlərə və xəbər saytlarına xas olan ənənəvi olan informasiyalara demək olar ki,rast gəlməyəcəksiniz. Bu sayt ancaq pozitiv məlumatlardan ,faydalı məlumatlardan əyləncəli şəkildə bəhs edən saytdır. ailetravel.net təkcə səyahət saytı deyil,eyni zamanda müxtəlif sahələrə marağı olan insanların informasiya tələbatını təmin edə biləcək əyləncəli-maarifləndirici saytdır.
Əgər sizin reallıqda səyahət etməyə imkanınız yoxdursa bizim saytla virtual səyahət edə bilərsiniz.Əgər siz aktiv səyahətçisinizsə eynilə bizim saytdakı materiallardan faydalana bilərsiniz, özünüz üçün yeni bilgilərdən istifadə edə bilərsiniz. Saytımızın səhifələrində nəinki peşəkar səyahət verilişləri ilə, eləcə də müəllif -həvəskar çəkilişlərlə tanış olacaqsınız. Güman edirik ki, informasiya bolluğunun olduğu indiki vaxtda AiləTravel.net sizlərin zövqünüzü oxşayan və tələblərinizə cavab verən mətbu orqan olacaq. Ümid edirik dəyərli vaxtınızı faydalı və maraqlı keçirəcəksiniz. Səyahətlə bağlı təəsüratlarınızı bizimlə bölüşə bilər,bu haqda yazılarınızı,vidematerialları, şəkilləri ,eləcə də irad və təkliflərinizi elektron ünvanımıza göndərə bilərsiniz.
AiləTravel.net həmçinin bütün yerli və xarici turizm şirkətlərini, eləcə də bütün iş adamlarını aktiv əməkdaşlığa dəvət edir.

Əlaqə