Sat. Sep 11th, 2021

Avtostop, karavan, yaxud velosipedlə səyahətdə viza müraciəti

“YAXŞI İŞ YERİ, MAAŞ, BANK HESABI VƏ SƏYAHƏT TARİXÇƏSİ İŞİMİZİ GÖRƏR”

Bəzən adam uzunmüddətli səyahətə getmək istəyir. Ancaq harada neçə gün qalacağını planlaşdırmaq istəmir. Başqa cür ifadə etsək, səyahət etmək istəyir, ancaq plansızdır. Avtostopla, velosipedlə, karavanla, yaxud şəxsi avtomobili ilə getmək istəyir. Karavanda, çadırda, getdiyi gün kirayələdiyi hosteldə qalacaq. Nə təyyarə bileti, nə də otel bronu var. Belə olan halda, vizanı necə ala bilər?
Bu yazıda sizə plansız, uzunmüddətli, bronsuz və biletsiz səyahətlərdə viza almağın qaydalarından danışacağıq.

“KARAVANLA SƏYAHƏT AZƏRBAYCANLILAR ÜÇÜN YENİ TƏCRÜBƏDİR”

Səyahətçi dostumuz Azər İsmayıl deyir ki, plansız səyahətlərdə əsas rolu iş yerindən arayış və dolu bank hesabı oynayır.
“Karavanla, maşınla, avtostopla, eyni zamanda, velosipedlə səyahət azərbaycanlılar üçün yeni təcrübədir. Məsələn, karavan kirayələyir və uzunmüddətli səyahət planlayırsan. Belə olanda hansı gün hansı şəhərə, ölkəyə çatacağını istəsən də planlaşdıra bilmirsən. Yoldur, hər şey ola bilər. Odur ki, avtomatik olaraq səfirliyə otel bronu təqdim etmək lüksün olmur. Bundan əlavə, maşınla getdiyin üçün təyyarə bronu da verə bilmirsən. Ancaq üzülmə, yenə də viza almaq mümkündür”.

“KONSUL ONUN ÖLKƏSİNDƏ SƏFİL HƏYATI YAŞAMAYACAĞINDAN VƏ DÖNƏCƏYİNDƏN ƏMİN OLMALIDIR”

Azər İsmayıl deyir ki, uzunmüddətli səyahətlərdə viza almağın qaydaları var. Burada birinci şərt güvənli və yaxşı maaşlı iş yeridir:
“İkincisi də içində yaxşı pul olan bank hesabıdır. Konsul gedib onun ölkəsində səfil həyatı yaşamayacağından və dönəcəyindən əmin olmalıdır. Avtostopla gəzənlər tez-tez plansız səyahətlə bağlı viza müraciəti edirlər. Yaxşı iş yeri və bank hesabı olanda konsul bilir ki, bu adam gedib Avropada səfil-səfil, pulsuz gəzməyəcək. Dövlətə yük olmayacaq. Adamın pulu var, sadəcə avtostop, çadırda qalmaq və s. onun həyat tərzidir. Yaxud yeni nələrsə yaşamaq istəyir”.

“SƏYAHƏT TARİXÇƏSİNİN OLMASI DA ÖNƏMLİDİR”

Azər İsmayıl deyir ki, bu insanların viza almasına kömək edən üçüncü faktor yaxşı səyahət tarixçəsidir:
“Qəşəng səyahət tarixçəsi olan birinə heç bir səfirlik problem yaratmır. Düşünür ki, əvvəl fərqli səyahətlər edib, oteldə qalıb, təyyarə ilə gedib. Yəni imkanı var. Sadəcə bu dəfə başqa cür səyahət etmək istəyir. Avtostop, çadırda qalmaq da səyahət ənənəsinin bir növüdür. Danışıq, etibarlı bank hesabı, yaxşı iş və səyahət keçmişi ilə bunları həll etmək mümkündür”.
Sonda əziz səyahətçilər, yaxşı iş yeri, dolu bank hesabı və rəngarəng səyahət keçmişiniz varsa, qəşəng bir karavan alın (və ya kirayələyin), konkret marşrutu, dönüş bileti olmayan və uzunmüddətli bir səyahət planlayın. Vizanı isə heç dərd etməyin, almaq mümkündür 😊

Haqqımızda

AiləTravel.net xəbər saytı deyil, fərqli bir saytdır. AiləTravel.net saytında kriminal, siyasi xəbərlərə,şou xəbərlərə və xəbər saytlarına xas olan ənənəvi olan informasiyalara demək olar ki,rast gəlməyəcəksiniz. Bu sayt ancaq pozitiv məlumatlardan ,faydalı məlumatlardan əyləncəli şəkildə bəhs edən saytdır. ailetravel.net təkcə səyahət saytı deyil,eyni zamanda müxtəlif sahələrə marağı olan insanların informasiya tələbatını təmin edə biləcək əyləncəli-maarifləndirici saytdır.
Əgər sizin reallıqda səyahət etməyə imkanınız yoxdursa bizim saytla virtual səyahət edə bilərsiniz.Əgər siz aktiv səyahətçisinizsə eynilə bizim saytdakı materiallardan faydalana bilərsiniz, özünüz üçün yeni bilgilərdən istifadə edə bilərsiniz. Saytımızın səhifələrində nəinki peşəkar səyahət verilişləri ilə, eləcə də müəllif -həvəskar çəkilişlərlə tanış olacaqsınız. Güman edirik ki, informasiya bolluğunun olduğu indiki vaxtda AiləTravel.net sizlərin zövqünüzü oxşayan və tələblərinizə cavab verən mətbu orqan olacaq. Ümid edirik dəyərli vaxtınızı faydalı və maraqlı keçirəcəksiniz. Səyahətlə bağlı təəsüratlarınızı bizimlə bölüşə bilər,bu haqda yazılarınızı,vidematerialları, şəkilləri ,eləcə də irad və təkliflərinizi elektron ünvanımıza göndərə bilərsiniz.
AiləTravel.net həmçinin bütün yerli və xarici turizm şirkətlərini, eləcə də bütün iş adamlarını aktiv əməkdaşlığa dəvət edir.

Əlaqə