Sat. Sep 11th, 2021

Məşhur türk bloger Azərbaycanda nədən narazı qaldı? – VİDEO

İndiyə qədər dünyanın bir çox ölkəsinə səyahət edən türkiyəli məşhur bloger Mehmet Sendinç Azərbaycandadır.

BAKU.WS xəbər verir ki, sonuncu dəfə Qırğızıstanın paytaxtı Bişkekə səyahət edən Sendinç bu dəfə Bakıya üz tutub. Mehmet Bakıda Abşeron rayonu Masazır qəsəbəsindəki evlərdən birində qonaq olub. Çıxdığı səyahətləri ödənişsiz həyata keçirən və pul xərcləməyən blogerə mətbəximizin milli və ləziz təamları təqdim edilib.

O, xalqımızın qonaqpərvərliyindən çox razı qalıb. Mehmetin səyahəti Bakı ilə yekunlaşmayıb. O, bölgələrimizə də səyahət edib. Səyahətini Qubada, daha sonra isə Lerikdə davam etdirən bloger dağ təbiətinin ecazkar gözəlliyinə heyran olub. Mehmet rayon sakinlərinin təqdimatı ilə bölgələrdəki müəyyən adət-ənənələrlə tanış olub.

Xatırladaq ki, Sendinç 2017-ci ildə çalışdığı işindən ayrılaraq dünyanı gəzib kəşf etmək qərarına gəlib. O, digər blogerlərdən fərqli olaraq səyahətlərini pul xərcləmədən “autostop”la reallaşdırır.

Sendinç Bakıda maşın saxladaraq pulsuz Qubaya səyahət istəyərkən problemlə qarşılaşıb. Sürücülərin əksəriyyəti onu pulla aparmaq istəyib. Türk bloger Bakıda əksər sürücülərin taksi fəaliyyəti ilə məşğul olduğunu bildirib. Sonradan isə Qubaya gedən bir ailə Mehmet Sendinçi avtomobilə götürməyə razı olub. Bloger həmin ailənin qonaqpərvərliyindən çox razı qalıb. “Youtube” sosial platformasında “Deyişik yollarda” adlı kanalı olan Mehmetin səyahətləri zamanı çəkilən videoları 22 milyondan çox insan izləyib.

Haqqımızda

AiləTravel.net xəbər saytı deyil, fərqli bir saytdır. AiləTravel.net saytında kriminal, siyasi xəbərlərə,şou xəbərlərə və xəbər saytlarına xas olan ənənəvi olan informasiyalara demək olar ki,rast gəlməyəcəksiniz. Bu sayt ancaq pozitiv məlumatlardan ,faydalı məlumatlardan əyləncəli şəkildə bəhs edən saytdır. ailetravel.net təkcə səyahət saytı deyil,eyni zamanda müxtəlif sahələrə marağı olan insanların informasiya tələbatını təmin edə biləcək əyləncəli-maarifləndirici saytdır.
Əgər sizin reallıqda səyahət etməyə imkanınız yoxdursa bizim saytla virtual səyahət edə bilərsiniz.Əgər siz aktiv səyahətçisinizsə eynilə bizim saytdakı materiallardan faydalana bilərsiniz, özünüz üçün yeni bilgilərdən istifadə edə bilərsiniz. Saytımızın səhifələrində nəinki peşəkar səyahət verilişləri ilə, eləcə də müəllif -həvəskar çəkilişlərlə tanış olacaqsınız. Güman edirik ki, informasiya bolluğunun olduğu indiki vaxtda AiləTravel.net sizlərin zövqünüzü oxşayan və tələblərinizə cavab verən mətbu orqan olacaq. Ümid edirik dəyərli vaxtınızı faydalı və maraqlı keçirəcəksiniz. Səyahətlə bağlı təəsüratlarınızı bizimlə bölüşə bilər,bu haqda yazılarınızı,vidematerialları, şəkilləri ,eləcə də irad və təkliflərinizi elektron ünvanımıza göndərə bilərsiniz.
AiləTravel.net həmçinin bütün yerli və xarici turizm şirkətlərini, eləcə də bütün iş adamlarını aktiv əməkdaşlığa dəvət edir.

Əlaqə