Mon. Oct 4th, 2021

Meksikanın Venesiyası: Meskaltitan – su üzərində şəhər

Meskaltitan adası – Meksikanın Venesiyası (La Venecia Mexicana) kimi məşhurdur. Bu kiçik, dairəvi süni ada ənənəvi turizm marşrutlarından uzaqda yerləşir, lakin səyahət edənlərin marağına səbəb olur.

 

Ada, Meksikanın şərqindəki Laguna Grand de Meksaltitan körfəzində, Nayarit Ştatının Santyago İskvintl əyalətində, Sakit okean sahilindən 11 kilometr aralıda yerləşir.

 

818 nəfər əhalinin yaşadığı Meskaltitan adasının diametri 400 metrdən çox deyil. Yağışlar mövsümü avqust ayından sentyabr ayına qədər davam edir. Bu zaman sakinlər küçə və kanallar boyunca hərəkət etmək üçün qayıqlardan istifadə edirlər. Məhz buna görə “Meksikanın Venesiyası” adlandırılır.

 

Kəndin öz kilsəsi, kiçik dükanları, bilyard otaqları, muzeyi, məktəbi, xəstəxanası və idarələri var. Evlər birbaşa suya qədər tikilidir, bəzən hətta suyun üstündə salınır.

 

Maraqlıdır ki, şəhərdə cinayətkarlıq hadisəsinə, eləcə də turizm infrastrukturuna rast gəlinmir.

 

Ada haqqında çox az tarixi məlumat var. Meskaltitan adasının tarixi qədim bir əfsanə ilə əlaqələndirilir. Ada və üzərində yerləşən kənd, Azteklərin doğulduğu yer, əfsanəvi Aztlan şəhəri hesab olunur. Əfsanəyə görə, Azteklər ilk olaraq 1091 -ci ildə Tenokitlan (müasir Mexiko şəhəri) şəhərini tapmaq üçün uzun səfərə çıxdılar, lakin ora bir neçə əsrdən sonra gələ bildilər. Tenoktitlan 1325 -ci ildə quruldu və İspanlar tərəfindən fəth edildikdən sonra Mexiko şəhəri olaraq tanındı.

 

Aztlanın Meskaltitan adası ilə əlaqəli olduğuna inanan ilk tarixçilərdən biri Alfredo Çavero idi. XIX-cu əsrin sonunda adanın Aztek sivilizasiyasının əsası olduğunu irəli sürdü.

 

Bundan əlavə, 1579 -cu ilə aid coğrafi xəritələrdən biri Aztlanın Meskalititan adasında yerləşdiyini göstərir. Ancaq bəlkə də bu yalnız qədim kartoqrafların fərziyyəsidir. Meskaltitan adının bir neçə mənası var: onlardan biri “ay evi”, digəri isə “vağlar ölkəsi” dir.

 

Hazırda Meksikanın su üzərindəki şəhəri – balıqçılıq və turizm adasıdır. Yerli əhali əsasən yaxınlıqdakı bataqlıq ərazilərdə krivetka və balıq ovu ilə məşğul olur. Axşam kiçik gəmilərdə balıq tutmağa gedirlər, sübh vaxtı isə geri qayıdırlar.

 

 

Hər il iyunun 29-da kənd sakinləri qeyri-adi bir bayram və yarış təşkil edirlər. Bu gün kənd küçələri kağız bayraqlar ilə bəzədilir. Bayramın apofeozu – təmtəraqla bəzədilmiş iki qayığın yarışdır. Onlardan birində Müqəddəs Pyotrun heykəli, digərində isə Müqəddəs Paulun heykəli qoyulur. Bütün digər gəmilər tamaşaçılarla dolu olur. Yarışlar əslində adanın iki ailə klanı arasında keçirilir. Ortiz ailəsi Müqəddəs Pyotr qayığını, Qalindo ailəsi isə Müqəddəs Pavel qayığı üçün məsuliyyət daşıyır. İki müqəddəsin heykəlləri yerli kilsədən götürülür və təntənəli şəkildə qayıqlara qoyulur.

Haqqımızda

AiləTravel.net xəbər saytı deyil, fərqli bir saytdır. AiləTravel.net saytında kriminal, siyasi xəbərlərə,şou xəbərlərə və xəbər saytlarına xas olan ənənəvi olan informasiyalara demək olar ki,rast gəlməyəcəksiniz. Bu sayt ancaq pozitiv məlumatlardan ,faydalı məlumatlardan əyləncəli şəkildə bəhs edən saytdır. ailetravel.net təkcə səyahət saytı deyil,eyni zamanda müxtəlif sahələrə marağı olan insanların informasiya tələbatını təmin edə biləcək əyləncəli-maarifləndirici saytdır.
Əgər sizin reallıqda səyahət etməyə imkanınız yoxdursa bizim saytla virtual səyahət edə bilərsiniz.Əgər siz aktiv səyahətçisinizsə eynilə bizim saytdakı materiallardan faydalana bilərsiniz, özünüz üçün yeni bilgilərdən istifadə edə bilərsiniz. Saytımızın səhifələrində nəinki peşəkar səyahət verilişləri ilə, eləcə də müəllif -həvəskar çəkilişlərlə tanış olacaqsınız. Güman edirik ki, informasiya bolluğunun olduğu indiki vaxtda AiləTravel.net sizlərin zövqünüzü oxşayan və tələblərinizə cavab verən mətbu orqan olacaq. Ümid edirik dəyərli vaxtınızı faydalı və maraqlı keçirəcəksiniz. Səyahətlə bağlı təəsüratlarınızı bizimlə bölüşə bilər,bu haqda yazılarınızı,vidematerialları, şəkilləri ,eləcə də irad və təkliflərinizi elektron ünvanımıza göndərə bilərsiniz.
AiləTravel.net həmçinin bütün yerli və xarici turizm şirkətlərini, eləcə də bütün iş adamlarını aktiv əməkdaşlığa dəvət edir.

Əlaqə