Fri. Sep 17th, 2021

Beyləqanın Xalac kənd tam orta məktəbində şəhidlərin xatirəsinə kompleks ucaldılıb-FOTO,VİDEO

Sentyabrın 10-da  Beyləqan rayonununda, şəhid İbadət Ələşrəfov adına Xalac kənd tam orta məktəbinin həyətində  Xalac kəndinin 17 şəhidinin xatirəsinə ucaldılmış xatirə komleksinin açılış mərasimi keçirilib. İnşa edilən abidə kompleksinin önündə tədbir keçirilib.

Tədbirdə Xalac məktəbinin məzunları olan I və II Qarabağ müharibəsi şəhidlərinin valideynləri, yaxınları, ictimaiyyət nümayəndələri , məktəbin müəllimləri, şagirdləri ,kənd ağsaqqalı Hacı Allahyar, kənd icra nümayəndəsi Hüseyn Məhərrəmov, məktəbin direktoru Murad Məmmədov, bələdiyyə sədri Ramil Məmmədov, Birinci Qarabağ müharibəsi  qaziləri- Saleh Şıxəliyev, Habil Babayev, uzun illər  bu məktəbdə  yüzlərlə şagirdə, həmçinin vaxtilə kəndin şəhidlərinə də  dərs demiş  Lalabəyim Talıbov, kənd sakinləri, ziyalılar iştirak ediblər.

Tədbirin təşkilatçıları, məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini  Aqil Talıbov , dil- ədəbiyyat müəllimi Quliyev Vüsal,  məktəbin texniki işçisi Amil Talıbov olub.

(Onu da qeyd edək ki, Aqil Talıbov  bu məktəbin tikilməsində böyük rolu olan və ilk illər məktəbin direktoru olmuş , kənd sakinləri tərəfindən  indi də hörmətlə anılan Mirabbas Talıbovun nəvəsidir).

Tədbir məktəbin direktoru Murad Məmmədovun çıxış  ilə başlayıb.

Tədbirin başlanğıcında  Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi ehtiram əlaməti olaraq  1 dəqiqəlik sükutla  yad olunub, Azərbaycanın himni səsləndirilib .

Bundan sonra tədbirdə şəhid  ailələrinin üzvləri, şəhid valideyinləri ,digər dəvət olunan qonaqlar çıxış edərək  bütün şəhidlərə rəhmət diləyib, şanlı zəfər tarixini yazan vətən oğullarının Azərbaycan xalqının hər zaman qəlbində yaşayacağını bildiriblər, şəhidlərin şücaəti və keçdiyi döyüş yolundan, müzəffər ordumuzun əldə etdiyi şanlı qələbədən, uğurlardan söz açıblar , onların xatirəsinin daim uca tutulduğunu, qəhrəman vətən oğullarının Azərbaycan xalqının hər zaman qəlbində yaşayacağını bildiriblər. Tədbirin şəhidlərin xatirəsinə həsr edilən ədəbi-bədii kompozisiya hissəsində  orta məktəbin şagirdləri Qəhrəmanlara, Vətənə həsr olunan vətənpərvərlik ruhunda şeirlər səsləndiriblər.

Dövlət tərərindən müxtəlif orden və  medallarla təltif olunan Şəhidlərin xatirəsinə ucaldılmış xatirə komleksinin açılışını bildirən lenti kəsmək qocaman müəllimə, hörmətli Lalabəyim Talıbovaya həvalə olunub.

Sonda tədbir iştirakçıları tərəfindən  xatirə komleksinin önünə gül dəstələri və əklil qoyulub, onların əziz xatirələri ehtiramla yad edildi.

Tədbirdə  iştirak edən kənd ağsaqqalı Hacı Allahyar şəhidlərin ruhuna müqəddəs “Qurani-Kərim”dən ayələr oxuyub,ruhlarına dualar etdi.

İmran Kərimli


 

 

Haqqımızda

AiləTravel.net xəbər saytı deyil, fərqli bir saytdır. AiləTravel.net saytında kriminal, siyasi xəbərlərə,şou xəbərlərə və xəbər saytlarına xas olan ənənəvi olan informasiyalara demək olar ki,rast gəlməyəcəksiniz. Bu sayt ancaq pozitiv məlumatlardan ,faydalı məlumatlardan əyləncəli şəkildə bəhs edən saytdır. ailetravel.net təkcə səyahət saytı deyil,eyni zamanda müxtəlif sahələrə marağı olan insanların informasiya tələbatını təmin edə biləcək əyləncəli-maarifləndirici saytdır.
Əgər sizin reallıqda səyahət etməyə imkanınız yoxdursa bizim saytla virtual səyahət edə bilərsiniz.Əgər siz aktiv səyahətçisinizsə eynilə bizim saytdakı materiallardan faydalana bilərsiniz, özünüz üçün yeni bilgilərdən istifadə edə bilərsiniz. Saytımızın səhifələrində nəinki peşəkar səyahət verilişləri ilə, eləcə də müəllif -həvəskar çəkilişlərlə tanış olacaqsınız. Güman edirik ki, informasiya bolluğunun olduğu indiki vaxtda AiləTravel.net sizlərin zövqünüzü oxşayan və tələblərinizə cavab verən mətbu orqan olacaq. Ümid edirik dəyərli vaxtınızı faydalı və maraqlı keçirəcəksiniz. Səyahətlə bağlı təəsüratlarınızı bizimlə bölüşə bilər,bu haqda yazılarınızı,vidematerialları, şəkilləri ,eləcə də irad və təkliflərinizi elektron ünvanımıza göndərə bilərsiniz.
AiləTravel.net həmçinin bütün yerli və xarici turizm şirkətlərini, eləcə də bütün iş adamlarını aktiv əməkdaşlığa dəvət edir.

Əlaqə