Sat. Nov 13th, 2021

Masallıda rayon rəhbərliyi şəhid XTQ qəhrəmanını yad etdi – Fotolar

Bu gün Masallı rayonunda Xüsusi Təyinatlı Qüvvənin qəhrəmanlar döyüşçülərindən biri, şəhid Seyfullayev Araz Elsevər oğlunun ildönümü qeyd olunub.
TİA.Az xəbər verir ki, şəhidin il mərasimində rayon icra başçısı Şahin Məmmədov, İcra hakimiyyətinin əməkdaşları, Masallının deputatı Məşhur Məmmədov, bölgənin ziyalıları iştirak ediblər.
Şəhidin məzarını ziyarət edən rayon rəhbərliyi və millət vəkili onun ruhuna dualar oxuyub, ehtiram göstəriblər. Həmçinin, şəhidlərimizin Qarabağ zəfərində göstərdikləri şücaətdən, qəhrəmanlıqdan söz açılıb, işğala son qoyulmasında Ali Baş Komandan İlham Əliyevin və Ordumuzun xidmətlərindən bəhs olunub, şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfalar dilənib.
Qeyd edək ki, XTQ cəsuru olmuş A.Seyfullayev 28 may 2001-ci il tarixdə Masallı rayonu Digah qəsəbəsində anadan olub. 2007-ci ildə Masallı rayonu Digah 4 saylı orta məktəbinin 1-ci sinifinə getmiş 2018-ci ildə həmin məktəbi bitirib. 2019-cu ildə həqiqi hərbi xidmətə çağrılmış, hərbi xidməti xüsusi təyinatlı qüvvələrdə xidmət edib. 4 oktyabr 2020-ci il tarixdə Füzuli- Cəbrayıl istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
8 oktyabr 2020-ci il tarixdə Masallı rayonu, Digah qəsəbəsində torpağa əmanət ediib. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Araz Seyfullayev ölümündən sonra vətən uğrunda şücaətə görə, “Cəsur döyüşçü” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
Şəhidimizin anası Günay Seyfullayeva deyib ki, Araz XTQ-yə seçiləndə ailəsi təkid edib, ona çətin olacağı deyilib: “Amma Araz isə fikrində qəti idi. Onu çox sorğu-suala tutsaq da, “narahat olmayın, hər şey əladır” deyərdi. Araz hər zaman Vətən sevgisi ilə yaşayıb və torpaqlarımızın işğaldan azad edilməsi onun ən böyük arzusu olub.
Ona görə də Araz hərbi xidmətdə olduğu dövrdə ancaq döyüş bölgəsində xidmət etmək istəyirdi”. Qeyd edək ki, şəhidin kiçik qardaşı Murad bir neçə aydır daxili qoşunlarda hərbi xidmətdədir. Qalib əsgər kimi Vətənə xidmət edən Murad şəhid qardaşı Arazın işğaldan azad etdiyi torpaqları göz bəbəyi kimi qoruyacağına söz verib.

      

bsh
bsh
bsh

Haqqımızda

AiləTravel.net xəbər saytı deyil, fərqli bir saytdır. AiləTravel.net saytında kriminal, siyasi xəbərlərə,şou xəbərlərə və xəbər saytlarına xas olan ənənəvi olan informasiyalara demək olar ki,rast gəlməyəcəksiniz. Bu sayt ancaq pozitiv məlumatlardan ,faydalı məlumatlardan əyləncəli şəkildə bəhs edən saytdır. ailetravel.net təkcə səyahət saytı deyil,eyni zamanda müxtəlif sahələrə marağı olan insanların informasiya tələbatını təmin edə biləcək əyləncəli-maarifləndirici saytdır.
Əgər sizin reallıqda səyahət etməyə imkanınız yoxdursa bizim saytla virtual səyahət edə bilərsiniz.Əgər siz aktiv səyahətçisinizsə eynilə bizim saytdakı materiallardan faydalana bilərsiniz, özünüz üçün yeni bilgilərdən istifadə edə bilərsiniz. Saytımızın səhifələrində nəinki peşəkar səyahət verilişləri ilə, eləcə də müəllif -həvəskar çəkilişlərlə tanış olacaqsınız. Güman edirik ki, informasiya bolluğunun olduğu indiki vaxtda AiləTravel.net sizlərin zövqünüzü oxşayan və tələblərinizə cavab verən mətbu orqan olacaq. Ümid edirik dəyərli vaxtınızı faydalı və maraqlı keçirəcəksiniz. Səyahətlə bağlı təəsüratlarınızı bizimlə bölüşə bilər,bu haqda yazılarınızı,vidematerialları, şəkilləri ,eləcə də irad və təkliflərinizi elektron ünvanımıza göndərə bilərsiniz.
AiləTravel.net həmçinin bütün yerli və xarici turizm şirkətlərini, eləcə də bütün iş adamlarını aktiv əməkdaşlığa dəvət edir.

Əlaqə