Mon. Nov 22nd, 2021

Bakı Zooloji Parkı ziyarətçilər üçün açılıb-VİDEO

IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə yenidən qurulan Bakı Zooloji Parkı qapılarını ziyarətçilərə açıb.

Parkın ilk ziyarətçiləri internat evlərindən və şəhid ailələrindən olan 450 nəfərə yaxın uşaq olub.

Bakı Zooloji Parkının icraçı direktoru Nəzakət İsayeva jurnalistlərə bildirib ki, burada kassalar hər gün səhər saat 10-dan axşam 17:30-a kimi açıq olacaq. Onun sözlərinə görə, bu gün isə kassalar 15:00-dan açılacaq. Biletlərin qiyməti böyüklər üçün 5 manat, kiçiklər üçün 2 manat, şəhid ailələri üçün pulsuz, qazilər və övladları, I-II-III qrup Vətən müharibəsi əlilləri, şagird və tələbələr üçün güzəştli olacaq. Həmçinin 3 yaşa qədər uşaqlar isə pulsuz yararlana biləcəklər.

İcraçı direktor əlavə edib ki, zooparkın ərazisindəki qapalı məkanlara, akvaterrariuma və restoranlara girişdə COVID-19 pasportu tələb olunacaq: “Ümumiyyətlə, zooparkın ərazisi iki dəfə böyüdülərək 4,25 hektara çatdırılıb. Parkda 125 heyvan növü var. Onlardan 62-si akvaterrariumdadır. Zooparkda “Qırmızı kitab”a düşən heyvan növləri də var. Nəsli kəsilməkdə olan heyvanların çoxaldılması və təbiətə buraxılması üçün gələcəkdə layihələr olacaq”.

 

Haqqımızda

AiləTravel.net xəbər saytı deyil, fərqli bir saytdır. AiləTravel.net saytında kriminal, siyasi xəbərlərə,şou xəbərlərə və xəbər saytlarına xas olan ənənəvi olan informasiyalara demək olar ki,rast gəlməyəcəksiniz. Bu sayt ancaq pozitiv məlumatlardan ,faydalı məlumatlardan əyləncəli şəkildə bəhs edən saytdır. ailetravel.net təkcə səyahət saytı deyil,eyni zamanda müxtəlif sahələrə marağı olan insanların informasiya tələbatını təmin edə biləcək əyləncəli-maarifləndirici saytdır.
Əgər sizin reallıqda səyahət etməyə imkanınız yoxdursa bizim saytla virtual səyahət edə bilərsiniz.Əgər siz aktiv səyahətçisinizsə eynilə bizim saytdakı materiallardan faydalana bilərsiniz, özünüz üçün yeni bilgilərdən istifadə edə bilərsiniz. Saytımızın səhifələrində nəinki peşəkar səyahət verilişləri ilə, eləcə də müəllif -həvəskar çəkilişlərlə tanış olacaqsınız. Güman edirik ki, informasiya bolluğunun olduğu indiki vaxtda AiləTravel.net sizlərin zövqünüzü oxşayan və tələblərinizə cavab verən mətbu orqan olacaq. Ümid edirik dəyərli vaxtınızı faydalı və maraqlı keçirəcəksiniz. Səyahətlə bağlı təəsüratlarınızı bizimlə bölüşə bilər,bu haqda yazılarınızı,vidematerialları, şəkilləri ,eləcə də irad və təkliflərinizi elektron ünvanımıza göndərə bilərsiniz.
AiləTravel.net həmçinin bütün yerli və xarici turizm şirkətlərini, eləcə də bütün iş adamlarını aktiv əməkdaşlığa dəvət edir.

Əlaqə