Sun. Nov 28th, 2021

Bolqarıstanda torpaqlar pulsuz paylanılır

Bolqarıstanın Svilenqrad şəhəri əhalinin xaricə axınından xilas olmaq və bununla da yeni sakinləri cəlb etmək üçün daşınmaz əmlak və yarımçıq evlərin tikintisi üçün boş torpaq sahələri paylayacaq.

Bu barədə Ailetravel.net “TheMayor.EU” portalına istinadən xəbər verir.

Qeyd edilir ki, Bolqarıstanda əhalinin sayı dünyanın bir çox ölkələrindən daha sürətlə azalır. Belə ki, XXI əsrin əvvəllərində Svilenqrad şəhərində 19 mindən çox insan yaşayıb. Ancaq indi orada 16 mindən çox sakin yaşayır. Ona görə də yeni sosial proqram gənc ailələr və təcrübəsiz mütəxəssislər üçün nəzərdə tutulub. Portal qeyd edib ki, yerli hakimiyyət bu tədbirlə əhalinin xaricə axınının qarşısını almaq istəyir.

Şəhər rəhbərliyinin qarşısına qoyduğu digər məqsəd daşınmaz əmlak bazarında təklifi artırmaqdır. Qeyri-adekvat şəraitdə yaşayan və şəxsi mənzili olmayanlar torpaq sahəsini pulsuz ala biləcəklər.

Portalın məlumatına görə, gələcək sakinlər ən qısa zamanda yaşayış binalarının tikintisinə başlamaq üçün tikinti sahəsi ilə yanaşı, bütün lazımi icazələri və təsdiq edilmiş memarlıq planını özündə əks etdirən sənədlər paketi də alacaqlar. Proqramın birinci mərhələsi səkkiz sahənin yayılmasını əhatə edir. Təşəbbüs uğurlu olsa, genişləndiriləcək

Haqqımızda

AiləTravel.net xəbər saytı deyil, fərqli bir saytdır. AiləTravel.net saytında kriminal, siyasi xəbərlərə,şou xəbərlərə və xəbər saytlarına xas olan ənənəvi olan informasiyalara demək olar ki,rast gəlməyəcəksiniz. Bu sayt ancaq pozitiv məlumatlardan ,faydalı məlumatlardan əyləncəli şəkildə bəhs edən saytdır. ailetravel.net təkcə səyahət saytı deyil,eyni zamanda müxtəlif sahələrə marağı olan insanların informasiya tələbatını təmin edə biləcək əyləncəli-maarifləndirici saytdır.
Əgər sizin reallıqda səyahət etməyə imkanınız yoxdursa bizim saytla virtual səyahət edə bilərsiniz.Əgər siz aktiv səyahətçisinizsə eynilə bizim saytdakı materiallardan faydalana bilərsiniz, özünüz üçün yeni bilgilərdən istifadə edə bilərsiniz. Saytımızın səhifələrində nəinki peşəkar səyahət verilişləri ilə, eləcə də müəllif -həvəskar çəkilişlərlə tanış olacaqsınız. Güman edirik ki, informasiya bolluğunun olduğu indiki vaxtda AiləTravel.net sizlərin zövqünüzü oxşayan və tələblərinizə cavab verən mətbu orqan olacaq. Ümid edirik dəyərli vaxtınızı faydalı və maraqlı keçirəcəksiniz. Səyahətlə bağlı təəsüratlarınızı bizimlə bölüşə bilər,bu haqda yazılarınızı,vidematerialları, şəkilləri ,eləcə də irad və təkliflərinizi elektron ünvanımıza göndərə bilərsiniz.
AiləTravel.net həmçinin bütün yerli və xarici turizm şirkətlərini, eləcə də bütün iş adamlarını aktiv əməkdaşlığa dəvət edir.

Əlaqə