Sun. May 22nd, 2022

Yalançılar yalan danışa bilməyəcək

Qərb ölkələrində uzun illərdir yalan detektorundan cinayətkarların müəyyənləşdirilməsi üçün istintaq proseslərində istifadə olunur. Həmin cihazlar bir növ köməkçi xarakter daşıyır. Yəni cinayətkarı tam işarə vermir, amma onun narahatlığını, ayrı-ayrı epizodlardakı tərəddüdünü ortaya çıxarır.

Bizimyol.info xəbər verir ki, yalan detektorlarında da yeni mərhələ başlayır. Daha rahatca yalan danışmaq mümkün olmayacaq. Təl-Əviv Universitetinin araşdırmaçıları süni intellektdən istifadə edərək detektorları təkmilləşdirib. Üz ifadələrindəki kiçik, adi gözlə çox nəzərəçarpmayan dəyişiklik qeydə alınacaq. Detektor həmin titrəyişləri nəzərə alaraq sinir hüceyrələrinin davranışını analiz edəcək. Beləcə, danışanın nə qədər doğru olması müəyyənləşəcək.

Yeni detektorların yaradıcılarından olan Dino Levi ortaya mükəmməl məhsul qoymasalar da, ən optimal variant əldə etdiklərinin bildirir. Onun sözlərinə görə, yeni cihazın nə dərəcədə effektli işləməsini müəyyənləşdirmək üçün 48 könüllünün xidmətindən istifadə ediblər. Onların bir çoxunun yalan danışanda yanaq, bəzisinin isə qaş əzələləri səyirib. Gözlər yalançının gözlənildiyi qədər paxırını ortaya qoymur. Daha çox əllər doğru danışmayan şəxsləri ələ verir.

Haqqımızda

AiləTravel.net xəbər saytı deyil, fərqli bir saytdır. AiləTravel.net saytında kriminal, siyasi xəbərlərə,şou xəbərlərə və xəbər saytlarına xas olan ənənəvi olan informasiyalara demək olar ki,rast gəlməyəcəksiniz. Bu sayt ancaq pozitiv məlumatlardan ,faydalı məlumatlardan əyləncəli şəkildə bəhs edən saytdır. ailetravel.net təkcə səyahət saytı deyil,eyni zamanda müxtəlif sahələrə marağı olan insanların informasiya tələbatını təmin edə biləcək əyləncəli-maarifləndirici saytdır.
Əgər sizin reallıqda səyahət etməyə imkanınız yoxdursa bizim saytla virtual səyahət edə bilərsiniz.Əgər siz aktiv səyahətçisinizsə eynilə bizim saytdakı materiallardan faydalana bilərsiniz, özünüz üçün yeni bilgilərdən istifadə edə bilərsiniz. Saytımızın səhifələrində nəinki peşəkar səyahət verilişləri ilə, eləcə də müəllif -həvəskar çəkilişlərlə tanış olacaqsınız. Güman edirik ki, informasiya bolluğunun olduğu indiki vaxtda AiləTravel.net sizlərin zövqünüzü oxşayan və tələblərinizə cavab verən mətbu orqan olacaq. Ümid edirik dəyərli vaxtınızı faydalı və maraqlı keçirəcəksiniz. Səyahətlə bağlı təəsüratlarınızı bizimlə bölüşə bilər,bu haqda yazılarınızı,vidematerialları, şəkilləri ,eləcə də irad və təkliflərinizi elektron ünvanımıza göndərə bilərsiniz.
AiləTravel.net həmçinin bütün yerli və xarici turizm şirkətlərini, eləcə də bütün iş adamlarını aktiv əməkdaşlığa dəvət edir.

Əlaqə