Wed. May 4th, 2022

Gəncəyə qatarla gedib gəzmək üçün – 10 GÖRMƏLİ YER

Xəbər verildiyi kimi, mart ayından etibarən Bakı-Gəncə elektrik qatarı yenidən fəaliyyətə başlayıb.

Bakıdan Gəncəyə qatarla getmək üçün gediş haqqı «Standart» – 20 manat, «Biznes» – 33 manat, «Birinci klass» – 100 manatdan olan qiymətlərə başa gəlir. Uşaqlar üçün qiymət ikiqat aşağıdır. Qatarın hərəkət qrafiki: Bakı-Gəncə 8.00-11.40, Gəncə- Bakı 18.00-21.35-dir.   

 

Biletləri dəmiryol kassalarından və Dəmir Yollarının saytından onlayn almaq olar. .

Gəncə gəzməli-görməli yerlər baxımından o qədər zəngindir ki, şəhərin canına hopmuş tarixin qoxusunu hiss etmək üçün səfərə bir neçə gün vaxt ayırmaq lazımdır.

1. Nizami Məqbərəsi

Gəncə şəhərinin simvolu hesab edilən Nizami Məqbərəsini şəhərə ayaq basılan zaman ilk görüləcək məkan adlandırsaq heç də yanılmarıq. Şəhərin girişində, Əhmədbəyli kəndində yerləşən Məqbərənin ilk inşası 13-14-cü əsrlərə aid edilir. Hazırda Gəncənin şərqində ucalan məqbərə 1947-ci ildə inşa olunub, 1991-ci ildə isə yenilənib. Son illərdə Nizami Məqbərəsi əsaslı şəkildə bərpa olunaraq 35 hektar ərazidə şəhərciyə çevrilib.

pages/522/19.jpg

2. Qala Qapıları: Arxeologiya və Etnoqrafiya Muzeyi

Tarixdən məlumdur ki, Gəncə qalasının beş qapısı olub. Yeni yaradılan bu abidə şəhərin “Məqbərə qapısı” adlanan qapılarının bərpa olunan variantıdır. Gəncə-Bakı magistral yolunun hər iki tərəfində inşa edilən, ümumi uzunluğu 50 metr, bürclərinin hündürlüyü 22 metr olan qalanın əsas hissəsi beşmərtəbəli, baş sütun hissəsi ilə birlikdə yeddimərtəbəlidir. Qarşıda 75 metr hündürlüyündə dövlət bayrağı ucaldılıb, ətrafında park salınıb.

pages/522/21.jpg

3. “Zəfər Tağı”

Eni 20, uzunluğu 50, hündürlüyü isə 38 metr olan “Zəfər tağı”nın ətrafı seyr etmək üçün 30 metr hündürlüyündə meydançası var. Meydançaya qalxmaq üçün pilləkənlər və lift quraşdırılıb.

pages/522/39.jpg

4. Xan bağı

Xan bağı, bir başqa adı ilə Sərdar bağı Gəncənin və Azərbaycanın ən gözəl və yaşıl parklarından biridir. Şəhərin mərkəzində yerləşən bağ, 1847-ci ildə çarın Qafqazdakı canişini (“sərdarı”) knyaz Mixail Vorontsovun təşəbbüsü ilə salınıb.

pages/522/38.jpg

5. Butulka ev

Gəncə mərkəzində diqqətçəkən binalardan biridir. 1960-1964-cü illərdə 50 min şüşədən istifadə edilərək inşa olunub. Gəncəlilərin “butulka ev” adlandırdığı bu mülk də tarixi əsərlər siyahısına daxildir.

 

pages/522/12.jpg

6. Cavadxan küçəsi

Gəncə tarixinin ən görkəmli şəxslərindən biri sayılan Cavad xanın adına salınnış küçə yenidənqurma işləri aparılaraq açıq səma altında zəngin muzeyə çevrilib. Bu küçədə ilk dəfə AXC dövründə Azərbaycan qəzeti dərc olunub.

pages/522/13.jpg

7. Şah Abbas Məscidi

Gəncəlilərin “Cümə Məscidi” də adlandırdığı Şah Abbas Məscidi 1606-cı ildə Şah Abbasın istəyi ilə inşa olunub. Məscidin memarı isə həmin dövrdə Gəncədə bir çox binanın memarı olan Şeyx Bahəddin Məhəmməd Amildir.

pages/522/shah-abbas-mescidi.jpg

8. Çökək hamamı

Çökək hamamı 1606-cı ildə memar Şeyx Bahəddinin layihəsi əsasında tikilib. Bu binanın tikintisində də Şah Abbas Məscidində olduğu kimi, yumurta ağı ilə gil-əhəng (gəc) qatışığından və qırmızı kərpicdən istifadə edilib.

pages/522/14.jpg

9. Göygöl və Maralgöl

1139-cu ildə Gəncədə yaşanan zəlzələnin nəticəsində Kəpəz dağının bir hissəsi uçaraq Ağsu çayının qarşısını kəsib. Bu təbiət hadisəsi Azərbaycanın ən gözəl guşələrindən olan Göygöl və Maralgölün yaranmasına səbəb olub.

pages/522/17.jpg

10. “Uğurlu xan” karvansarayı

“Uğurlu xan” karvansarayı Şah Abbas karvansarasının yaxınlığında yerləşir. Bu iki karvansaradan bir-birinə dörd daxili yol var. Kompleksin iki böyük həyəti var. Karvansara qədim memarlıq abidəsi olmaqla, tariximizin müəyyən dövrünü əks etdirir. Bir zamanlar ticarət mərkəzi olan və ipəkyolunun üzərində yerləşən Gəncəyə əcnəbi ölkələrdən saysız-hesabsız qonaqlar gələr, bu karvansarayda qalardılar.

pages/522/whatsapp-image-2022-04-15-at-121128.jpeg

Haqqımızda

AiləTravel.net xəbər saytı deyil, fərqli bir saytdır. AiləTravel.net saytında kriminal, siyasi xəbərlərə,şou xəbərlərə və xəbər saytlarına xas olan ənənəvi olan informasiyalara demək olar ki,rast gəlməyəcəksiniz. Bu sayt ancaq pozitiv məlumatlardan ,faydalı məlumatlardan əyləncəli şəkildə bəhs edən saytdır. ailetravel.net təkcə səyahət saytı deyil,eyni zamanda müxtəlif sahələrə marağı olan insanların informasiya tələbatını təmin edə biləcək əyləncəli-maarifləndirici saytdır.
Əgər sizin reallıqda səyahət etməyə imkanınız yoxdursa bizim saytla virtual səyahət edə bilərsiniz.Əgər siz aktiv səyahətçisinizsə eynilə bizim saytdakı materiallardan faydalana bilərsiniz, özünüz üçün yeni bilgilərdən istifadə edə bilərsiniz. Saytımızın səhifələrində nəinki peşəkar səyahət verilişləri ilə, eləcə də müəllif -həvəskar çəkilişlərlə tanış olacaqsınız. Güman edirik ki, informasiya bolluğunun olduğu indiki vaxtda AiləTravel.net sizlərin zövqünüzü oxşayan və tələblərinizə cavab verən mətbu orqan olacaq. Ümid edirik dəyərli vaxtınızı faydalı və maraqlı keçirəcəksiniz. Səyahətlə bağlı təəsüratlarınızı bizimlə bölüşə bilər,bu haqda yazılarınızı,vidematerialları, şəkilləri ,eləcə də irad və təkliflərinizi elektron ünvanımıza göndərə bilərsiniz.
AiləTravel.net həmçinin bütün yerli və xarici turizm şirkətlərini, eləcə də bütün iş adamlarını aktiv əməkdaşlığa dəvət edir.

Əlaqə