4239 sevişmə, 60 litr göz yaşı… İnsan bədəni haqda bilmədiyimiz 103 fakt

İnsan unikal məxluqdur. Hələ ki bədənimizin bütün imkanları məlum deyil. Elmi araşdırmalardan öyrəndiklərimiz – heyrətləndirir və düşünməyə vadar edir.
İnsan bədəni ilə bağlı sizi sevindirəcək və təəccübləndirəcək 103 faktı təqdim edirik:
Bədənin qan təchizatı olmayan yeganə hissəsi gözün buynuzlu qişasıdır. O, oksigeni birbaşa havadan alır.
İnsan beyninin tutumu 4 terabaytı aşır.
Yeddi ayına qədər körpələr eyni anda nəfəs ala və qidanı uda bilir.
Kəllə 29 fərqli sümükdən ibarətdir.
Asqıranda bütün bədən funksiyaları, hətta ürək də dayanır.
Beyindən gələn sinir impulsu saatda 274 km sürətlə hərəkət edir.
İnsan beyni bir gündə dünyada bütün telefonların birlikdə əmələ gətirdiyindən daha çox elektrik impulsları əmələ gətirir.
Bir orta tutumlu insan bədənində bir orta tutumlu itin bədənindəki bütün birələri öldürə biləcək qədər kükürd, 900 qələm hazırlamaq üçün karbon, bir oyuncaq topdan atəş açmaq üçün kalium, 7 parça sabun hazırlamaq üçün yağ və 50 litrlik çəlləyi doldurmaq üçün kifayət qədər su var.
Bir insanın ürəyi həyatında 48 milyon qallon qan vurur.
Bu cümləni oxuduğunuz an bədəninizdəki 50.000 hüceyrə məhv olur və yeniləri ilə əvəz olunur.
Bir döl 3 aylıq olanda barmaq izləri yaranmağa başlkayır.
Qadınların ürəkləri kişilərdən daha sürətli döyünür.
İnsanlar arxası üstə yatan yeganə varlıqlardır.
Sağ əlli insanlar solaxaylardan orta hesabla doqquz il çox yaşayırlar.
İnsanların üçdə ikisi öpərkən başlarını sağa əyir.
İnsan yuxularının 90%-ni unudur.
İnsan bədənindəki qan damarlarının ümumi uzunluğu təqribən 100.000 kilometrdir.
Yazda tənəffüs sürəti orta hesabla payızdakından üçdə bir dəfə yüksəkdir.
Həyatın sonuna qədər bir insan orta hesabla 150 trilyon bit məlumatı xatırlayır.
İnsan bədəninin istiliyinin 80%-i başdan xaric olur.
Qızardığımız vaxt mədəniz də qızarır.
Bədən çəkisinin yüzdə birinə bərabər su itkisi ilə susuzluq hissi yaradır. 5%-dən çox maye itirmək huşsuzluğa, 10%-dən çoxu isə susuzluqdan ölməyə səbəb ola bilər.
İnsan orqanizmində ən az 700 ferment işləyir.
Orta hesabla 4 yaşlı bir uşaq gündə 450 sual verir.
İnsanlardan əlavə, koalaların da özünəməxsus barmaq izləri var.
Bakteriyaların yalnız 1%-i insanlarda xəstəliklərə səbəb olur.
Dünyadakı bütün insanlar rahatlıqla 1000 metrlik bir küpə yerləşdirilə bilər.
Göbəyin elmi adı ymbilikusdur.
Diş insan bədəninin özünü müalicə edə bilməyən yeganə hissəsidir.
Bir insanın yuxuya getməsi üçün ortalama vaxt 7 dəqiqədir.
Sağəllilər yeməyin çox hissəsini çənənin sağ tərəfində, solaxaylarsa əksinə, sol tərəfində çeynəyir.
Dünyada cəmi 7% solaxay insan var.
Alma və banan ətri bədənin arıqlamasına kömək edir.
Bir adamın həyatı boyunca başındakı saç 725 kilometr uzanır.
Qulaqlarını tərpədə bilən insanlar arasında yalnız üçdə biri bir qulağını tərpədə bilir.
Ortalama ömrü boyu bir adam 8 kiçik hörümçək udur.
İnsan bədənində yaşayan bakteriyaların ümumi çəkisi 2 kiloqramdır.
Bədəndəki bütün kalsiumun 99%-i dişlərdə olur.
İnsan dodaqları barmaq uclarından yüz dəfə həssasdır.
Əsl öpüş nəbzin tezliyini dəqiqədə 100 dəfədən çox artırır.
Bir tərəfdəki çeynəyici əzələlərin mütləq gücü 195 kiloqramdır.
Öpüş zamanı bir şəxsdən digərinə 278 fərqli bakteriya ötürülür. Xoşbəxtlikdən, onların 95%-i təhlükəli deyil.
Partenofobiya – bakirələrdən qorxmaqdır.
Diş emalı insan orqanizmi tərəfindən istehsal olunan ən möhkəm toxumadır.
İnsan bədənindəki bütün dəmirləri toplasanız, bundan ancaq bir saat üçün kiçik bir vint əldə edə bilərsiniz.
Burun axmasına səbəb olan 100-dən çox müxtəlif virus var.
Kifayət qədər çəkən bir öpüş ağız boşluğunda turşuluğu normallaşdırmaq baxımından saqqızdan daha yaxşıdır.
Başınızı divara vuraraq saatda 150 kalori itirə bilərsiniz.
İnsan heyvan aləminin düz xətlər çəkə bilən yeganə nümayəndəsidir.
Həyat boyu insan dərisi təxminən 1000 dəfə dəyişir.
Gündə bir paket siqaret çəkən insan ildə yarım stəkan qətran içmiş olur.
Qadınlar gözünü kişilərə nisbətən təxminən 2 dəfə az qırpır.
İnsan bədənində yalnız 4 mineral var: apatit, araqonit, kalsit və kristobalit.
Əsil ehtiraslı öpüş beyində paraşütlə atıldığımız və ya tapança atəşi zamanı yaranan kimyəvi reaksiyalara səbəb olur.
Kişilər boyu 130 sm-dən, qadınlar 120 sm-dən aşağı olanda cırtdan sayılırlar.
Əl dırnaqları ayaq dırnaqlarına nisbətən təxminən 4 dəfə tez böyüyür.
Mavi gözlü insanlar hamıya nisbətən ağrılara daha həssasdırlar.
İnsan bədənindəki sinir impulsları saniyədə təxminən 90 metr sürətlə hərəkət edir.
İnsan beynində bir saniyədə 100.000 kimyəvi reaksiya baş verir.
Uşaqlar diz qapağı olmadan doğulur. Onlar yalnız 2-6 yaşlarında görünməyə başlayır.
Əkizlərin birində hansısa diş olmadıqda, bir qayda olaraq, eyni diş digər əkizlərdə də olmur.
İnsan ağciyərlərinin səthi sahəsi təxminən bir tennis meydançasının sahəsinə bərabərdir.
Orta hesabla bir insan ömrü boyu öpüş üçün 2 həftə xərcləyir.
Sarışınların saaqalı qaraşın-qəhvəyilərə nisbətən daha sürətlə uzanır.
İnsan bədənindəki ağ qan hüceyrələri 2-4 gün, qırmızı qan hüceyrələri isə 3-4 ay yaşayır.
İnsan bədənindəki ən güclü əzələ dildədir.
Bir insanın ürəyinin ölçüsü yumruğun ölçüsünə bərabərdir. Yetkin insanın ürəyinin çəkisi 220-260 qramdır.
Doğuşdanca insan beynində 14 milyard hüceyrə artıq mövcud olur və ölənə qədər bu say artmır. Əksinə, 25 ildən sonra gündə 100 min azalır. Bir səhifə oxumağa sərf etdiyiniz dəqiqədə təxminən 70 hüceyrə ölür. 40 ildən sonra beyin deqradasiyası kəskin sürətlənir və 50-dən sonra neyron (sinir hüceyrələri) quruyur və beynin həcmi kiçilir.
Doğuş zamanı körpənin bədənində 300-ə yaxın, yetkin yaşda isə cəmi 206 sümük olur.
Həyat boyu insanın nazik bağırsağının uzunluğu təxminən 2,5 metr olur. Ölümündən sonra bağırsaq divarının əzələləri rahatlaşdıqda uzunluğu 6 metrə çatır.
Bir insanın sağ ağciyərində soldakından daha çox hava var.
Bir yetkin insan gündə təxminən 23,000 dəfə nəfəs alıb-verir.
Kişinin bədənindəki ən kiçik hüceyrələr sperma hüceyrələridir.
İnsan ağzında təxminən 40.000 bakteriya var.
İnsan bədənində təxminən 2000 dadbilmə reseptoru var.
İnsan gözü 10.000.000 rəng çalarını ayırd edə bilir.
Şokoladda sevginin ekstaziyasını yaradan kimyəvi birləşmə (feniletilamin) mövcuddur.
İnsan ürəyinin yaratdığı təzyiq qanı binanın 4-cü mərtəbəsi səviyyəsinə qaldırmaq üçün kifayət edir.
Yuxu zamanı insan televizor seyr etdiyi vaxtdakından daha çox kalori yandırır.
Uşaqlar yazda daha sürətlə böyüyürlər.
Hər il sağ əlli insanlar üçün hazırlanmış mexanizmləri işlədərkən səhv üzündən iki mindən çox solaxay həlak olur.
Məlum olur ki, hər üç yüz kişidən birinin özünü oral yolla təmin etmək imkanı var.
İnsan gülümsəyərkən 17, huşunu itirərkən 43 əzələdən istifadə edir.
60 yaşında insanların çoxu dadbilmə reseptorlarının yarısını itirir.
Bildiyiniz kimi, insanlar da heyvandır. Ancaq üz-üzə sevişə bilən yalnız bizik.
Bir insanın təyyarədə uçuşu zamanı saçlarının uzanma sürəti ikiqat artır.
İnsanların yüzdə biri infraqırmızı, bir faizi isə ultrabənövşəyi radiasiyanı görə bilir.
Tamamilə qapalı bir otaqda olsanız, havanın olmaması səbəbindən deyil, karbon qazından zəhərlənərək öləcəksiniz.
Orta hesabla, bir insan ömrünün iki həftəsini svetoforda keçirir.
Statistikaya görə, 2 milyard insandan biri 116 yaşın kandarına adlaya bilir.
Normal bir insan gündə beş dəfə gülür.
Orta hesabla bir adam 24 saat ərzində 4.800 söz işlədir.
Göz divarının arxa təbəqəsindəki torlu qişa təxminən 650 kv. mm məsafədədir və 137 milyon fotosensitiv (işığahəssas) hüceyrədən ibarətdir: 130 milyon çubuq qara-ağ görmə üçün, yeddi milyon rəngli görmə üçün.
Gözlərimiz doğuşdan həmişə eyni ölçüdə olur, ancaq burnumuz və qulaqlarımız heç vaxt böyüməyi dayandırmır.
Boyumuz səhərlər axşama nisbətən təxminən 8 millimetr uca olur.
Gözün fokuslanma əzələləri gündə 100.000 dəfə hərəkət edir. Ayaq əzələlərinin o qədər hərəkəti üçün gündə 80 kilometr (50 mil) gəzmək lazımdır.
Orta adam gündə demək olar ki, bir litr tər istehsal edir.
Bir öskürək 60 mil sürətlə hərəkət edən partlayıcı hava yüklənməsidir.
Alman tədqiqatçılarının fikrincə, infarkt riski bazar ertəsi həftənin digər günlərindən daha yüksəkdir.
Sümük poladdan beş qat möhkəmdir.
Açıq gözlərlə asqırmaq mümkün deyil.
Ətə dırnaq batması irsi əlamətdir.
Normal bir insan uzun yuxusuzluqdan aclıqdan öldüyündən daha tez ölür. Ölüm təxminən yuxusuz 10 gündə, aclıqdan isə bir neçə həftə sonra baş verir.
Orta ömür 2475576000 saniyədir, ortalama 123205750 söz danışırıq, 4239 dəfə sekslə məşğul oluruq, 60 litr göz yaşı tökürük.

Ailetravel.net