Thu. Sep 24th, 2020

Sakit, gözəl kənddə işləmək və yaşamaq istərdiniz? – FOTO

Çox rahat, sakit, gözəl həyat var burada, böyük şəhərlərin səs-küyündən, zəhərli havasından, əsəbindən uzağıq. Burada yaşamağıma çox şadam.

Kanadanın Yeni Şotlandiya əyalətindəki Keyp Breton Aylenddə, Uaykkokomaq yerləşən “Farmer’s Daughter Country Market”in işçisi Sonya Andersen belə deyir. O, 10 yaşlı qızını da götürərək Keyp-Bretona köçüb. Sonyanın dediyinə görə, dükanın Facebook-da yerləşən səhifəsində yerləşdirilmiş elanı oxuyandan belə qərar qəbul edib.

Milli.Az CTV News-ə istinadən bildirir ki, dükanın sahibələri Hizer Kulumb və Sendi MakKlinin sözlərinə görə, Facebook-dakı səhifədə avqustun 29-da işlə bağlı elanı paylaşandan sonra 3500 nəfər onlara müraciət etmişdi.

“Uaykokomaq həddən gözəl təbiət mənzərəli bir məkandır. Bizə dükanda çalışmağa işçilər gərəkdir. Yüksək maaş vəd etmirik, çünki Keyp Bretonda, ümumiyyətlə, maaşlar yüksək deyil. Lakin hər işçimizə 0,8 hektar ərazi verəcəyik. Bura çox fərqli, gözəl, təkrarsız məkandır. Hamının bir-birini tanıdığı, küçədə uşaq görəndə “Sən kimin övladısan?” soruşduğu, insanların arasında sıx ünsiyyət və xoş münasibətlər olduğu yerdə yaşamaq istəyirsinizsə, buyurun, gəlin”, – elanda deyilir.

Dükana üç qadın gərəkdi və onlara kiçik Uaykokomaq kəndində evlər təklif olunurdu.

Sonya Andersen də 10 yaşlı qızı Eva ilə bu kəndə köçüb. Onlar Kanadanın Britaniya Kolumbiyası əyalətindəki Qərbi Vankuveri tərk edərək yeni məkanda məskunlaşıblar.

Uaykokomaq kəndinin 800 sakini var.

ailetravel.net

470328_09 470328_10 470328_11 470328_13 470328_15 14067651_1144337982305441_955558207947757546_n 14088395_1144338028972103_4402767429335205108_n 14102345_1144338045638768_1270834797909706479_n 14102554_1144337918972114_3103707011737697534_n 14141693_1144337802305459_3387141818478091587_n 14141716_1144337962305443_4351946351835796284_n 14183821_1144337945638778_4157179391688880328_n 14191930_1144338185638754_2267211830476550148_n

 

Haqqımızda

AiləTravel.net xəbər saytı deyil, fərqli bir saytdır. AiləTravel.net saytında kriminal, siyasi xəbərlərə,şou xəbərlərə və xəbər saytlarına xas olan ənənəvi olan informasiyalara demək olar ki,rast gəlməyəcəksiniz. Bu sayt ancaq pozitiv məlumatlardan ,faydalı məlumatlardan əyləncəli şəkildə bəhs edən saytdır. ailetravel.net təkcə səyahət saytı deyil,eyni zamanda müxtəlif sahələrə marağı olan insanların informasiya tələbatını təmin edə biləcək əyləncəli-maarifləndirici saytdır.
Əgər sizin reallıqda səyahət etməyə imkanınız yoxdursa bizim saytla virtual səyahət edə bilərsiniz.Əgər siz aktiv səyahətçisinizsə eynilə bizim saytdakı materiallardan faydalana bilərsiniz, özünüz üçün yeni bilgilərdən istifadə edə bilərsiniz. Saytımızın səhifələrində nəinki peşəkar səyahət verilişləri ilə, eləcə də müəllif -həvəskar çəkilişlərlə tanış olacaqsınız. Güman edirik ki, informasiya bolluğunun olduğu indiki vaxtda AiləTravel.net sizlərin zövqünüzü oxşayan və tələblərinizə cavab verən mətbu orqan olacaq. Ümid edirik dəyərli vaxtınızı faydalı və maraqlı keçirəcəksiniz. Səyahətlə bağlı təəsüratlarınızı bizimlə bölüşə bilər,bu haqda yazılarınızı,vidematerialları, şəkilləri ,eləcə də irad və təkliflərinizi elektron ünvanımıza göndərə bilərsiniz.
AiləTravel.net həmçinin bütün yerli və xarici turizm şirkətlərini, eləcə də bütün iş adamlarını aktiv əməkdaşlığa dəvət edir.

Əlaqə