Akademik Musiqili Teatrın aktyorları Gəncədə çıxış edəcəklər

Sentyabrın 25-də Üzeyir Hacıbəyli – XI Beynəlxalq Musiqi Festivalı çərçivəsində Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktyorları – Əməkdar artist Ələkbər Əliyev və sevilən aktyor Ağaxan Şərifov Akademik Opera və Balet Teatrının dəvəti ilə Gəncə Dövlət Filarmoniyasında çıxış edəcəklər. Ələkbər Əliyev dahi bəstəkarın “O olmasın, bu olsun” musiqili komediyasında Rüstəm bəyi,  Ağaxan Şərifov isə hambal rolunu oynayacaqlar.

Tanınmış aktyor Ələkbər Əliyev onlara yaradılan bu şəraitə görə hər iki teatrın rəhbərliyinə minnətdarlığını bildirib və teatrlararası belə müştərək layihələrin aktyorların yaradıcılığına müsbət təsir etdiyini söyləyib.

“Çox sevinirəm ki, Opera və Balet Teatrının rəhbərliyi mənim yaradıcılığımı yüksək qiymətləndirir və öz teatrımızda ifa etdiyim rolları belə dəyərləndirir. Gəncəlilər qarşısında çıxış edəcəyim eyniadlı bu tamaşa uzun illərdir ki, həm də Akademik Musiqili Teatrın səhnəsində sevimli tamaşaçılarımıza təqdim olunur. Biz sentyabrın 20-də yeni mövsümü də bu tamaşa ilə açdıq. Sənət dostum Ağaxan Şərifovla doğma teatrımızın səhnəsində canlandırdığımız birgə ifamız  həmişə rəğbətlə qarşılanıb. Yaradılan fürsətdən istifadə edib, hər ikimizin adından Akademik Musiqili Teatrın rəhbəri, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayevə xüsusi minnətdarlığımızı bildiririk ki,  ölkənin başqa səhnələrində, televiziya verilişlərində, seriallarda iştirakımıza, yaradıcılıq imkanlarımızı sərgiləməyə hər zaman şərait yaradır. Vaxtaşırı həm respublikamızın, həm də xarici olkələrin tanınmış ifaçıları teatrımıza dəvət olunur  və  bu ənənə teatrımızda  həmişə uğurla davam etdirilir. Müxtəlif teatrlardan dəvət olunmuş aktyorlar – Xalq artistləri Şüküfə Yusupova, Məleykə Əsədova, Qurban İsmayılov, Pərviz Məmmədrzayev, Əməkdar artistlər Nəsibə Eldarova, Şövqi Hüseynov yaratdığı möhtəşəm obrazları ilə tamaşaçılara unudulmaz anlar bəxş ediblər. Biz artıq ənənə halını almış teatrlararası bu yaradıcılıq əməkdaşlığını yüksək qiymətləndiririk”, – deyə Azərbaycan Dövlət Akademik Opera və Balet teatrının səhnəsində də öz uğurlu ifası ilə həmişə diqqəti cəlb edən Əməkdar artist Ələkbər Əliyev medianümayəndələrinə bildirib.

Haqqımızda

AiləTravel.net xəbər saytı deyil, fərqli bir saytdır. AiləTravel.net saytında kriminal, siyasi xəbərlərə,şou xəbərlərə və xəbər saytlarına xas olan ənənəvi olan informasiyalara demək olar ki,rast gəlməyəcəksiniz. Bu sayt ancaq pozitiv məlumatlardan ,faydalı məlumatlardan əyləncəli şəkildə bəhs edən saytdır. ailetravel.net təkcə səyahət saytı deyil,eyni zamanda müxtəlif sahələrə marağı olan insanların informasiya tələbatını təmin edə biləcək əyləncəli-maarifləndirici saytdır.
Əgər sizin reallıqda səyahət etməyə imkanınız yoxdursa bizim saytla virtual səyahət edə bilərsiniz.Əgər siz aktiv səyahətçisinizsə eynilə bizim saytdakı materiallardan faydalana bilərsiniz, özünüz üçün yeni bilgilərdən istifadə edə bilərsiniz. Saytımızın səhifələrində nəinki peşəkar səyahət verilişləri ilə, eləcə də müəllif -həvəskar çəkilişlərlə tanış olacaqsınız. Güman edirik ki, informasiya bolluğunun olduğu indiki vaxtda AiləTravel.net sizlərin zövqünüzü oxşayan və tələblərinizə cavab verən mətbu orqan olacaq. Ümid edirik dəyərli vaxtınızı faydalı və maraqlı keçirəcəksiniz. Səyahətlə bağlı təəsüratlarınızı bizimlə bölüşə bilər,bu haqda yazılarınızı,vidematerialları, şəkilləri ,eləcə də irad və təkliflərinizi elektron ünvanımıza göndərə bilərsiniz.
AiləTravel.net həmçinin bütün yerli və xarici turizm şirkətlərini, eləcə də bütün iş adamlarını aktiv əməkdaşlığa dəvət edir.

Əlaqə: (+994) 70 501 88 17