Avropada 30%-i, Azərbaycanda isə 80%-i boş qalır

2019-cu ilin ilk yarısında keçən ilin eyni dövrü ilə müqayisədə Türkiyədə otel doluluğu 1,1% artaraq 63,8%-ə qalxıb.

 

Otel otaqlarının Azərbaycanda 21,6%-i, Avropada isə 70%-i dolur. Əskin desək, Azərbaycanda otel otaqlarının 78%-i, Avropada isə 30%-i boş qalır.

Türkiyə Otellər Birliyi (TÜROB) tərəfindən, məlumat və analiz şirkəti STR-in hazırladığı Ölkə Performans Hesabatı yayımlanıb.

 

“Marja” hesabata istinadən xəbər verir ki, Türkiyədə otel doluluğu bu ilin ilk yarısında 2018-in eyni dövrü ilə müqayisədə 1,1% artaraq 63,8%-ə çatıb. Bu dövrdə, otaq başına əldə edilən orta gəlir 8,9% artımla 44,5 avroya yüksəlib (boş qalan otaqlar nəzərə alınmaqla). Gündəlik satılan otaqlardan orta gəlir isə 69,8 avro təşkil edib.

 

Artıma baxmayaraq Türkiyə doluluq nisbətinə görə Avropadan geridə qalır. Avropada doluluq orta hesabla 69,7%, otaq başına əldə edilən gəlir isə 77,1 avro təşkil edib.  

 

İstanbulda doluluq nisbəti 67,2%, Antaliyada 60,3% təşkil edib. İstanbulda otaq başına əldə edilən gəlir 58,4 avroya, Antaliyada isə 40,1 avroya qalxıb. Gündəlik satılan otel otaqlarından əldə edilən gəlir İstanbulda 69,7 avro, Antaliyada isə 64,7 avro olub.

 

Avropada otel doluluq nisbəti ən yüksək İrlandiyadadır

 

2019-cu ilin 1-ci yarısında Avropada ən yüksək doluluğa 76,1% ilə İrlandiya nail olub. İsveçrə isə 199 avro ilə ən yüksək orta otaq qiymətinə çatan ölkə olub. Avropada otellərin ən çox dolu olduğu şəhər Dublindir – 81,5%. Doluluq nisbəti 70,9%-ə çatan Cenevrədə otaq qiyməti 245 avroya qalxıb. Cenevrə otel qiymətlərinə görə Avropanın ən bahalı şəhəridir.

 

Azərbaycanda mehmanxana otaqlarının təxminən 80 faizə yaxını boşdur

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2019-cu ilin yanvar-iyun aylarında Azərbaycanda mehmanxanaların birdəfəlik tutumundan (yataq yerlərindən) istifadə səviyyəsinin ölkə üzrə orta göstəricisi (doluluq nisbəti) 21,6 faiz təşkil etmişdir.

 

Bu göstərici Şabranda 48,6 faiz, Naftalanda 47,9 faiz, Bakıda 32,9 faiz, Beyləqanda 30,9 faiz, Qəbələdə 28,2 faiz, Qubada 24,5 faiz, digər şəhər və rayonlarda isə orta ölkə göstəricisindən aşağı olmuşdur.

Haqqımızda

AiləTravel.net xəbər saytı deyil, fərqli bir saytdır. AiləTravel.net saytında kriminal, siyasi xəbərlərə,şou xəbərlərə və xəbər saytlarına xas olan ənənəvi olan informasiyalara demək olar ki,rast gəlməyəcəksiniz. Bu sayt ancaq pozitiv məlumatlardan ,faydalı məlumatlardan əyləncəli şəkildə bəhs edən saytdır. ailetravel.net təkcə səyahət saytı deyil,eyni zamanda müxtəlif sahələrə marağı olan insanların informasiya tələbatını təmin edə biləcək əyləncəli-maarifləndirici saytdır.
Əgər sizin reallıqda səyahət etməyə imkanınız yoxdursa bizim saytla virtual səyahət edə bilərsiniz.Əgər siz aktiv səyahətçisinizsə eynilə bizim saytdakı materiallardan faydalana bilərsiniz, özünüz üçün yeni bilgilərdən istifadə edə bilərsiniz. Saytımızın səhifələrində nəinki peşəkar səyahət verilişləri ilə, eləcə də müəllif -həvəskar çəkilişlərlə tanış olacaqsınız. Güman edirik ki, informasiya bolluğunun olduğu indiki vaxtda AiləTravel.net sizlərin zövqünüzü oxşayan və tələblərinizə cavab verən mətbu orqan olacaq. Ümid edirik dəyərli vaxtınızı faydalı və maraqlı keçirəcəksiniz. Səyahətlə bağlı təəsüratlarınızı bizimlə bölüşə bilər,bu haqda yazılarınızı,vidematerialları, şəkilləri ,eləcə də irad və təkliflərinizi elektron ünvanımıza göndərə bilərsiniz.
AiləTravel.net həmçinin bütün yerli və xarici turizm şirkətlərini, eləcə də bütün iş adamlarını aktiv əməkdaşlığa dəvət edir.

Əlaqə: (+994) 70 501 88 17