Azərbaycanda turizm mövsümü nə vaxt başlayacaq?

Koronavirus pandemiyasından sonra turizmin özünə gəlməsi üçün vaxt lazım olacaq. Turizmin bərpası yeni kriteriyalarla və psixoloji fondda mümkün ola bilər.

Bunu Dövlət Turizm Agentliyinin Mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə “REAL Tv”yə müsahibəsində deyib.

Onun sözlərinə görə, hazırda dünyada turizm sıfırlanıb və startı gözləyir: “XXI əsrdə turizm 3 dəfə böhran yaşayıb. Lakin sonuncu koronavirusun yaratdığı böhran görünməmiş oldu. Lakin hər böhrandan sonra turizm bərpa olunub və sıçrayışla irəli gedib. Hazırda krantin rejimində hazırlıq mərhələsindəyik. Hazırlıq mərhələsində həm daxili, həm xarici bazarda necə işləyəcəyimizi qurmuşuq. Xarici bazarlarda fəaliyyətimizi dayandırmamışıq, onlayn formatda işləyirik. Lakin ilk növbədə daxili turizm inkişaf etdirilməlidir, çünki yaxın vaxtlarda Azərbaycanda getmə və gəlmə turizmi olmayacaq”.

K.Quluzadə bildirib ki, “Macəra yaxındır” kampaniyası ilə insanlar ölkəmizdə istirahətlərini təşkil edə bilərlər və burada endirimli qiymətlər təklif olunacaq.
“Karantin bitdiyi günün səhərisindən Azərbaycanda yeni turizm mövzsümü başlayacaq. Karantin 31 mayda bitsə, iyunun 1-dən turizmə start verəcəyik. İnsanlarda səyahət etməyə həvəs var. Bu qədər evdə oturandan sonra insanlar həvəslə səyahətə çıxmağa hazır olacaq. Həmin insanların sağlamlığının qorunması vacibdir.

Bunun üçün xüsusi proqramlar hazırlanıb. Sanitariya və Gigiyena Metodları və Normaları Proqramı (SAHMAN – Sanitation and hygiene methods and norms) ilə postkarantin dövrdə otellərdə, mehmanxanalarda, iaşə obyektlərində, nəqliyyat vasitələrində turistlərə necə xidmət edilməsi ilə bağlı xüsusi qruplar hazırlanacaq, treyninqlər keçiriləcək. Onlar qoruyucu vasitələrlə təmin ediləcək. Bu layihə könüllü olacaq. Layihəni Dünya Turizm Təşkilatına təqdim etmişik. Onlar bunu digər dövlətlərə tövsiyə ediblər”

Haqqımızda

AiləTravel.net xəbər saytı deyil, fərqli bir saytdır. AiləTravel.net saytında kriminal, siyasi xəbərlərə,şou xəbərlərə və xəbər saytlarına xas olan ənənəvi olan informasiyalara demək olar ki,rast gəlməyəcəksiniz. Bu sayt ancaq pozitiv məlumatlardan ,faydalı məlumatlardan əyləncəli şəkildə bəhs edən saytdır. ailetravel.net təkcə səyahət saytı deyil,eyni zamanda müxtəlif sahələrə marağı olan insanların informasiya tələbatını təmin edə biləcək əyləncəli-maarifləndirici saytdır.
Əgər sizin reallıqda səyahət etməyə imkanınız yoxdursa bizim saytla virtual səyahət edə bilərsiniz.Əgər siz aktiv səyahətçisinizsə eynilə bizim saytdakı materiallardan faydalana bilərsiniz, özünüz üçün yeni bilgilərdən istifadə edə bilərsiniz. Saytımızın səhifələrində nəinki peşəkar səyahət verilişləri ilə, eləcə də müəllif -həvəskar çəkilişlərlə tanış olacaqsınız. Güman edirik ki, informasiya bolluğunun olduğu indiki vaxtda AiləTravel.net sizlərin zövqünüzü oxşayan və tələblərinizə cavab verən mətbu orqan olacaq. Ümid edirik dəyərli vaxtınızı faydalı və maraqlı keçirəcəksiniz. Səyahətlə bağlı təəsüratlarınızı bizimlə bölüşə bilər,bu haqda yazılarınızı,vidematerialları, şəkilləri ,eləcə də irad və təkliflərinizi elektron ünvanımıza göndərə bilərsiniz.
AiləTravel.net həmçinin bütün yerli və xarici turizm şirkətlərini, eləcə də bütün iş adamlarını aktiv əməkdaşlığa dəvət edir.

Əlaqə: (+994) 70 501 88 17