Bəşəriyyəti “təsvirolunmaz əzablar” gözləyir – Alimlər

Mütəxəssislər 40 il müddətində Yer səthinin temperaturu, enerji istehlakı, əhalinin artması, meşələrin məhv edilməsi, qütb buzlarının çəkisi, ÜDM və karbon qazı tullantıları barədə məlumat toplayıblar.

Biq.az-ın life.ru-ya istinadən verdiyi xəbərə görə, tədqiqatın nəticələri “BioScience” jurnalında dərc olunub.

Rusiya da daxil, 153 ölkədən 11 mindən çox alim karbon qazı tullantılarının təcili olaraq azaldılmadığı təqdirdə bəşəriyyəti “təsvirolunmaz əzablar” gözlədiyini bildirib.

Mütəxəssislər qeyd edirlər ki, iqlim dəyişikliyi bir çoxlarının gözlədiyindən də sürətli baş verir. Lakin bəşəriyyət hələ də nəyisə dəyişə və qlobal istiləşməni yavaşlata bilər.

Tədqiqatçılar yeraltı yanacağı bərpa olunan enerji mənbələri ilə əvəzlənməyi, tullantıları azaltmağı, yüksək “karbon vergisi” tətbiq etməyi, meşələrin kütləvi məhvini dayandırmağı, ÜDM-i artırmağa çalışmamağı və heyvani qidalardan daha az istifadə etməyi məsləhət görür.

Likes:
0 0
Views:
34
Article Categories:
Maraqlı