Bu qidalar yuxunuzun pozulmasına səbəb olur

Almaniyalı qida üzrə mütəxəssis Haydrun Şubert yuxu üçün təhlükəli olan qidaları açıqlayıb.

“Focus”un yaydığı xəbərə görə, o, çiy tərəvəzlərin yuxunu pozduğunu deyib.

Buna səbəb onların mədə-bağırsaq sisteminin fəaliyyətini aktivləşdirməsidir.

Şubertin bildirdiyinə görə, Çili bibəri və zəncəfil maddələr mübadiləsini sürətləndirdiyi üçün bədənin hərarətini yüksəldir və yuxusuzluq yaradır.

Eyni zamanda, şokolad və kofein tərkibli içkilərin də yuxuya zərəri olduğu qeyd edilir.

Ekspert yuxusuzluqdan əziyyət çəkən insanlara orqanizmlərinin istirahət edə bilməsi üçün axşam saatlarında yemək yeməmələrini məsləhət bilib.

Haqqımızda

AiləTravel.net xəbər saytı deyil, fərqli bir saytdır. AiləTravel.net saytında kriminal, siyasi xəbərlərə,şou xəbərlərə və xəbər saytlarına xas olan ənənəvi olan informasiyalara demək olar ki,rast gəlməyəcəksiniz. Bu sayt ancaq pozitiv məlumatlardan ,faydalı məlumatlardan əyləncəli şəkildə bəhs edən saytdır. ailetravel.net təkcə səyahət saytı deyil,eyni zamanda müxtəlif sahələrə marağı olan insanların informasiya tələbatını təmin edə biləcək əyləncəli-maarifləndirici saytdır.
Əgər sizin reallıqda səyahət etməyə imkanınız yoxdursa bizim saytla virtual səyahət edə bilərsiniz.Əgər siz aktiv səyahətçisinizsə eynilə bizim saytdakı materiallardan faydalana bilərsiniz, özünüz üçün yeni bilgilərdən istifadə edə bilərsiniz. Saytımızın səhifələrində nəinki peşəkar səyahət verilişləri ilə, eləcə də müəllif -həvəskar çəkilişlərlə tanış olacaqsınız. Güman edirik ki, informasiya bolluğunun olduğu indiki vaxtda AiləTravel.net sizlərin zövqünüzü oxşayan və tələblərinizə cavab verən mətbu orqan olacaq. Ümid edirik dəyərli vaxtınızı faydalı və maraqlı keçirəcəksiniz. Səyahətlə bağlı təəsüratlarınızı bizimlə bölüşə bilər,bu haqda yazılarınızı,vidematerialları, şəkilləri ,eləcə də irad və təkliflərinizi elektron ünvanımıza göndərə bilərsiniz.
AiləTravel.net həmçinin bütün yerli və xarici turizm şirkətlərini, eləcə də bütün iş adamlarını aktiv əməkdaşlığa dəvət edir.

Əlaqə: (+994) 70 501 88 17