“Çoxları fotoaparatı alanda birbaşa məqsədləri pul qazanmaq olur” – Məşhur fotoqrafla MÜSAHİBƏ

Hər gün sosial şəbəkələrdə qarşımıza çıxan ,gözümüzü oxşayan və bizim bəzən fikir vermədən ötüb keçdiyimiz maraqlı fotoların müəllifləri bu fotolar üzərində bəzən günlərlə vaxt və əmək sərf edirlər. Baxdığı hər bir mənzərədə gözəlliyi tapıb fotoya çevirən bu adamlar işləri ilə əlaqədar olaraq bəzən təhlükə ilə də qarşılaşırlar. Fotoqrafiya sənətinin maraqlı və çətin tərəflərini fotoqraf Kelvin Qasımovla müsahibəmizdə müzakirə etmişik.

BiG.az sözügedən müsahibəni təqdim edir:

Fotoqraflıq fəaliyyətiniz barədə danışaq. Neçə ildir bu işlə məşğulsunuz?

12 ildir ki. fotoqraflıqla məşğulam. Fotoqraflığa həvəsim uşaqlıq illərindəndir. Amma sırf bu işə başlamağım 2008-ci ildən olub.

“Heyvanları qoruyaq” adlı layihə insanlarla heyvanların sevgisini təcəssüm etdirir. Bu foto-layihə haqqında danışaq…

Bəli, bu layihə heyvanlara sevgi layihəsi idi. Son günlərdə Avstraliyada 1 milyarda yaxın heyvanın tələf olması bizi sarsıtdı. Ona görə də mən bu layihəni reallaşdırmaq qərarına gəldim. Amma buna uyğun xanım axtarışında idim. Uzun axtarışdan sonra Səbinə Məhərrəmova adlı fitnes məşqçisi ilə tanış oldum. Ona bu layihə haqqında danışdım. Cavabında çox sevindi və tezliklə məsələyə başlamağımızı xahiş etdi. Biz də Rusiyadakı partnyorlarımızla əlaqə saxlayıb bu heyvanları bizim üçün təşkil etmələrini xahiş etdik. Əslində orada ayı və pələng kimi yırtıcılar da var idi. Amma biz buna risk edə bilmədik.

"Çoxları fotoaparatı alanda birbaşa məqsədləri pul qazanmaq olur" – Məşhur fotoqrafla MÜSAHİBƏ

Çəkliş zamanı təhlükəli anlar yaşadınızmı?

Çəkiliş zamanı çətinliklər əlbəttə ki, olur. O heyvanların hər biri ayrı-ayrı şəhərlərdən göndərilmişdilər. Çəkiliş iki gün oldu. Hava çox soyuq idi. Əllərimiz buz bağlamışdı. Heyvanlarla çəkiliş çox çətin oldu. Hətta gözlədiyimizdən də çətin məqamlarla qarşılaşdıq. Məsələn, tülkü bizim videoqrafımızın əlini dişlədi. Ümumiyyətlə yırtıcı heyvanlarla 20 dəqiqədən artıq işləməyin asan olmadığını bizə demişdilər. Bizim isə tülküdən o qədər xoşumuz gəldi ki, bir az çox çəkmək istədik. Məsələn, ən narahat heyvanlardan biri də maral idi. Kənardan sakit görünsə də, əslində elə deyildi. Əhilləşdirilməmiş maral idi. Maral buynuzu ilə çevriləndə hamımızı yıxırdı. Ona görə maral ilə çəkilən 900 ədəd şəkildən cəmi 2-3-ü alındı.

"Çoxları fotoaparatı alanda birbaşa məqsədləri pul qazanmaq olur" – Məşhur fotoqrafla MÜSAHİBƏ

Bu sahədə hansı nailiyyətləriniz var?

Bir çox beynəlxalq sərgilər və konkurslarda qalib olmuşam. Yəni, uğurum tək ölkə daxilində deyil. Ondan kənarlarda da olur. Hazırda da məqsədim ölkənin sərhədlərini aşıb orada Azərbaycanı təmsil etməkdir.

İndi demək olar gənclərin bir çoxu fotoqraflıqla məşğul olur. Sosial şəbəkəllərdə qarşımıza çıxan hər beş nəfərdən biri fotoqrafdır. Fotoaparat alan hər kəs şəkil çəkir. Buna səbəb nədir? Gəlirli işdir ya necə?

Əslində hamının fotoqrafiya ilə məşğul olmağı müsbət haldır. Amma çox təəssüf edirəm ki, bizim cəmiyyətimizdə çoxları fotoaparatı alanda birbaşa məqsədləri pul qazanmaq olur. Ona görə də 2 ildən artıq heç kim məşğul olmur. İldən-ilə bu rəqəm 4-5 dəfə artır. Yəni, hamının məqsədində pul qazanmaqdır. Yaradıcılıq məqsədi ilə bu işə yanaşmırlar. Fotoqrafiya da elə sahələrdəndir ki, əgər daimi olaraq, sevərək iş görməyəcəksənsə, bu sənət bir gün səndən küsüb gedəcək. Başa düşürəm, pul qazanmaq da lazımdır. Amma şəxsən mən bu sənəti pula görə seçməmişdim. İnsan əziyyət çəkir öyrənir, işləyir, yaradır. Sonra isə fotoqrafiya ona bəhrəsini verir.

"Çoxları fotoaparatı alanda birbaşa məqsədləri pul qazanmaq olur" – Məşhur fotoqrafla MÜSAHİBƏ

Fotoqraflığın xüsusi qaydaları varmı? Yəni sən bunları bilsən yaxşı fotolar çəkə bilərsən..

Fotoqrafiya yeganə sənətdir ki, orada qaydaları əvvəlcə öyrənməlisən və sonra bildiyin bütün qaydaları pozmalısan. Yəni, təyin olunan bütün sərhədləri aşmalısan, improvizə etməlisən. Qaydalara uymamalısan. Sadəcə özün üçün yaratmalısan. Heç bir qayda tanımamalısan.

Son 8 ildə toy çəkilişləri etdiyinizi bildirdiniz. Sizə görə fotoqraflığın hansı janrı daha gəlirli və asandır?

Bəli, mən 1000-dən çox toy reportajı etmişəm. Bakının demək olar 40-50 faiz ilə çalışmışam. Bütün xoşbəxt ailələri tanıyıram. Fotoqrafiyanın asan janrı yoxdur. Hansını sevirsənsə, o da sənin üçün asan olur. Hansını sevmirsənsə, o da çətin.

"Çoxları fotoaparatı alanda birbaşa məqsədləri pul qazanmaq olur" – Məşhur fotoqrafla MÜSAHİBƏ

Yaxın gələcəkdə nə kimi layihələri həyata keçirməyi düşünürsünüz?

Yaxın gələcəkdə 5-6 ölkədə layihələrim olacaq. Amma hələki bunu sirr kimi saxlamaq istəyirəm ki, işimə enerjim bol olsun. İşə başlayan kimi mütləq sizə xəbər edəcəm.

Son olaraq diqqətimi çəkən bir məsələyə toxunmaq istəyirəm. Bilirəm ki, bu oxucular üçün də maraqlıdır. Niyə Kelvin?

Düzünü desəm 10 ildən çoxdur ki, məni belə çağırır, müraciət edirlər. Adım Elvindir. Amma adımı demək olar ki, heç kim belə çağırmır. Kelvin fotoqrafiyada temperatur adıdır. Tez-tez fotoqrafların işlətdiyi sözdür.

Səmimi müsahibəyə görə təşəkkür edirəm.

Mən də sizə diqqət və dəyərinizə görə təşəkkür edirəm.

Haqqımızda

AiləTravel.net xəbər saytı deyil, fərqli bir saytdır. AiləTravel.net saytında kriminal, siyasi xəbərlərə,şou xəbərlərə və xəbər saytlarına xas olan ənənəvi olan informasiyalara demək olar ki,rast gəlməyəcəksiniz. Bu sayt ancaq pozitiv məlumatlardan ,faydalı məlumatlardan əyləncəli şəkildə bəhs edən saytdır. ailetravel.net təkcə səyahət saytı deyil,eyni zamanda müxtəlif sahələrə marağı olan insanların informasiya tələbatını təmin edə biləcək əyləncəli-maarifləndirici saytdır.
Əgər sizin reallıqda səyahət etməyə imkanınız yoxdursa bizim saytla virtual səyahət edə bilərsiniz.Əgər siz aktiv səyahətçisinizsə eynilə bizim saytdakı materiallardan faydalana bilərsiniz, özünüz üçün yeni bilgilərdən istifadə edə bilərsiniz. Saytımızın səhifələrində nəinki peşəkar səyahət verilişləri ilə, eləcə də müəllif -həvəskar çəkilişlərlə tanış olacaqsınız. Güman edirik ki, informasiya bolluğunun olduğu indiki vaxtda AiləTravel.net sizlərin zövqünüzü oxşayan və tələblərinizə cavab verən mətbu orqan olacaq. Ümid edirik dəyərli vaxtınızı faydalı və maraqlı keçirəcəksiniz. Səyahətlə bağlı təəsüratlarınızı bizimlə bölüşə bilər,bu haqda yazılarınızı,vidematerialları, şəkilləri ,eləcə də irad və təkliflərinizi elektron ünvanımıza göndərə bilərsiniz.
AiləTravel.net həmçinin bütün yerli və xarici turizm şirkətlərini, eləcə də bütün iş adamlarını aktiv əməkdaşlığa dəvət edir.

Əlaqə: (+994) 70 501 88 17