Dünya turizm sənayesinin pandemiya ilə əlaqədar itkiləri açıqlanıb

Dünya turizm sənayesi 2020-ci ilin əvvəlindən, təxminən, 195 milyard ABŞ dolları itirib.

Ailetravel.net xəbər verir ki, bu barədə BMT yanında Ümumdünya Turizm Təşkilatının (UNWTO) hesabatında deyilir.

Hesabat müəllifləri bildiriblər ki, turizm pandemiya zamanı ən çox təsirlənən sahələrdən biridir və hökumətlərin və beynəlxalq təşkilatların dəstəyi olmadan şokdan yaxa qurtara bilməz.

Hesabatda vurğulanıb ki, karantinin tətbiq olunmağa başlandığı mart ayında beynəlxalq turistlərin sayı 55 faiz azalıbsa, apreldə dünyada turist səfərlərinin sayında 97 faizlik azalma qeydə alınıb. Ümumilikdə 2020-ci ilin yanvar-aprel aylarında xaricə səyahət edənlərin sayı 44 faiz azalıb.

Bu ilin ilk üç ayında dünyanın demək olar ki, bütün bölgələrinə səyahət edən beynəlxalq turistlərin sayı kəskin şəkildə azalıb: Asiya-Sakit okean regionu ölkələrinə – 51 faiz, Avropaya – 44 faiz, Yaxın Şərqə – 40 faiz, Şimali və Cənubi Amerikaya – 36 faiz, Afrikaya – 35 faiz.

UNWTO rəhbəri Zurab Pololikaşvili hesabatı şərh edərkən deyib ki, hər yerdə turizmin bərpası başlayana qədər bütün ölkələr sektora iqtisadi dəstək verməlidir. O, Avropa İttifaqı və ayrı-ayrı dövlətlərin, o cümlədən Fransa və İspaniyanın bu sahənin xilas edilməsinə yönəlmiş bir sıra tədbirlər gördüyünü qeyd edib.

UNWTO 2020-ci ildə ölkələrin tətbiq etdiyi məhdudiyyətlərdən asılı olaraq, beynəlxalq turist axınının 58-78 faiz azalacağını, dünyada beynəlxalq turistlərin sayının 850 milyon – 1,1 milyard nəfər azalacağını, habelə sektorun itkisinin 910 milyard – 1,2 trilyon ABŞ dolları təşkil edəcəyini, turizm sahəsində çalışan 100-120 milyon insanın işsiz qalacağını gözləyir.

Haqqımızda

AiləTravel.net xəbər saytı deyil, fərqli bir saytdır. AiləTravel.net saytında kriminal, siyasi xəbərlərə,şou xəbərlərə və xəbər saytlarına xas olan ənənəvi olan informasiyalara demək olar ki,rast gəlməyəcəksiniz. Bu sayt ancaq pozitiv məlumatlardan ,faydalı məlumatlardan əyləncəli şəkildə bəhs edən saytdır. ailetravel.net təkcə səyahət saytı deyil,eyni zamanda müxtəlif sahələrə marağı olan insanların informasiya tələbatını təmin edə biləcək əyləncəli-maarifləndirici saytdır.
Əgər sizin reallıqda səyahət etməyə imkanınız yoxdursa bizim saytla virtual səyahət edə bilərsiniz.Əgər siz aktiv səyahətçisinizsə eynilə bizim saytdakı materiallardan faydalana bilərsiniz, özünüz üçün yeni bilgilərdən istifadə edə bilərsiniz. Saytımızın səhifələrində nəinki peşəkar səyahət verilişləri ilə, eləcə də müəllif -həvəskar çəkilişlərlə tanış olacaqsınız. Güman edirik ki, informasiya bolluğunun olduğu indiki vaxtda AiləTravel.net sizlərin zövqünüzü oxşayan və tələblərinizə cavab verən mətbu orqan olacaq. Ümid edirik dəyərli vaxtınızı faydalı və maraqlı keçirəcəksiniz. Səyahətlə bağlı təəsüratlarınızı bizimlə bölüşə bilər,bu haqda yazılarınızı,vidematerialları, şəkilləri ,eləcə də irad və təkliflərinizi elektron ünvanımıza göndərə bilərsiniz.
AiləTravel.net həmçinin bütün yerli və xarici turizm şirkətlərini, eləcə də bütün iş adamlarını aktiv əməkdaşlığa dəvət edir.

Əlaqə: (+994) 70 501 88 17