Dünyanın ən maraqlı BANK ofisləri

Heç iş yerinizə baxıb onun daha yaxşı dizayn edilmiş olmasını xəyal etmisinizmi?

Çox sanslı olduğuna inandığımız bəzi insanlar var ki, onların çalışdıqları ofislər əsl memarlıq incisidir.

Bugünkü məqaləmizdə sizlərə dünyanın müxtəlif yerlərində fəaliyyət göstərən mükafata layiq görülmüş dizayn nümunələrini təqdim edirik.

İnvestisiya Bankı, London

An unnamed international investment bank, London

Londonda fəaliyyət göstərən memarlıq və dizayn firması “SHH” London İnvestisiya Bankı üçün möhtəşəm ofis dizayn edib. Şirkətin ofisləri ətrafı piyadaların rahat hərəkət etməsi üçün xüsusi yolla əhatə olunan beş mərtəbəli “Georgian townhouse” qonaqlama evində yerləşir.

An unnamed international investment bank, London

Klassik mebellər, zərif və cəlbedici dizayn bu sakit iş mühitini daha da rahat edir.

An unnamed international investment bank, London

ANZ Centre, Melburn

ANZ Centre, Melbourne

“HASSELL” memarlıq şirkəti tərəfindən dizayn edilən bu nəhəng bina 130 min kvadrat metr sahəni əhatə edir. Binada gün ərzində 6 500 insan fəaliyyət göstərir.

ANZ Centre, Melbourne

Binanın ümumi dizaynına kampus,  kafelər, ziyarətçi mərkəzi daxildir. Kampus boyunca sakit iş məkanları ilə əlaqəndirilmiş 44 fərdi mərkəz yerləşir.

ANZ Centre, Melbourne

İş sahəsinin 55 %-i kovörkinq üçün nəzərdə tutulmuşdur, qalan hissələr isə qəbul otaqlarıdır.

Hassell firması 2010–cu ildə Dünya Memarlıq Festivalında məhz bu binanın dizaynına görə mükafata layiq görülmüşdür.

ANZ Centre, Melbourne

Macquarie İnvestisiya Bankı, Sidney

Macquarie Investment Bank, Sydney

Sidneyin One Shelley küçəsində yerləşən Macquarie İnvestisiya Bankının möhtəşəm dizayna malik binası təkcə öz memarlıq üslubuna və dizaynına görə deyil, həmçinin ekoloji davamlılıq və iş mühitinin funksionallığına görə bir çox mükafata layiq görülmüşdür.

Macquarie Investment Bank, Sydney

Binanın eksteryer dizaynı “Sidnetin Fitzpatrick & Partners” memarlıq firmasına, interyer dizaynı isə “Clive Wilkinson Architects” şirkətinə məxsusdur.

Macquarie Investment Bank, Sydney

All Capital Investment Group, Amsterdam

All Capital Investment Group, Amsterdam

All Capital İnvestisiya qrupu Amsterdamda keçirəcəkləri iclaslar üçün iddialı bir məkan axtardıqları zaman bu işin peşəkarı olan iki şirkətə müraciət etdilər. Bunlar interyer dizaynı üzrə ixtisaslaşmış “i29” şirkəti və “Eckhardt en Leeuwenstein” memarlıq ofisi idi.

All Capital Investment Group, Amsterdam

Şirkətin iclas otaqları Amsterdamın məşhur kanallarından birinin üzərində yerləşən 17-ci əsrə aid De Gouden Bocht tarixi binasında yerləşir.

Ailetravel.net

Haqqımızda

AiləTravel.net xəbər saytı deyil, fərqli bir saytdır. AiləTravel.net saytında kriminal, siyasi xəbərlərə,şou xəbərlərə və xəbər saytlarına xas olan ənənəvi olan informasiyalara demək olar ki,rast gəlməyəcəksiniz. Bu sayt ancaq pozitiv məlumatlardan ,faydalı məlumatlardan əyləncəli şəkildə bəhs edən saytdır. ailetravel.net təkcə səyahət saytı deyil,eyni zamanda müxtəlif sahələrə marağı olan insanların informasiya tələbatını təmin edə biləcək əyləncəli-maarifləndirici saytdır.
Əgər sizin reallıqda səyahət etməyə imkanınız yoxdursa bizim saytla virtual səyahət edə bilərsiniz.Əgər siz aktiv səyahətçisinizsə eynilə bizim saytdakı materiallardan faydalana bilərsiniz, özünüz üçün yeni bilgilərdən istifadə edə bilərsiniz. Saytımızın səhifələrində nəinki peşəkar səyahət verilişləri ilə, eləcə də müəllif -həvəskar çəkilişlərlə tanış olacaqsınız. Güman edirik ki, informasiya bolluğunun olduğu indiki vaxtda AiləTravel.net sizlərin zövqünüzü oxşayan və tələblərinizə cavab verən mətbu orqan olacaq. Ümid edirik dəyərli vaxtınızı faydalı və maraqlı keçirəcəksiniz. Səyahətlə bağlı təəsüratlarınızı bizimlə bölüşə bilər,bu haqda yazılarınızı,vidematerialları, şəkilləri ,eləcə də irad və təkliflərinizi elektron ünvanımıza göndərə bilərsiniz.
AiləTravel.net həmçinin bütün yerli və xarici turizm şirkətlərini, eləcə də bütün iş adamlarını aktiv əməkdaşlığa dəvət edir.

Əlaqə: (+994) 70 501 88 17