Tue. Apr 20th, 2021

Bayram tətilini səmərəli keçirin – Həm izləyin, həm oxuyun!

Hər il səbirsizliklə gözlədiyimiz Novruz bayramına artıq bir neçə gün qalıb. Hər bayram olduğu kimi, bu ilki bayram da özü ilə birlikdə istirahət etməyimizə imkan yaradacaq bolluca asudə vaxt da gətirəcək. Xüsusilə də, mövcud şəraiti nəzərə alsaq, bu il asudə vaxtımızın əksər hissəsini evdə keçirməli olacağımıza heç kəsin şübhəsi yoxdur. Elə isə gəlin evdə keçirdiyimiz bayram günlərini daha səmərəli edək. Baharın gəlişini, yazın ətrini duymağa başladığımız və yeni işlərə başlamaq üçün motivasiya axtardığımız bu günlərdə bir-birindən maraqlı, ilhamverici və öyrədici kitablar oxumaq, filmlər izləmək məhz yerinə düşərdi. Aşağıda qeyd edilən link-lərə keçid etməklə məqalələrlə tanış ola bilərsiniz. Xoş istirahətlər…

  • Mütləq oxumalı olduğunuz 5 kitabdan – 5 həyat dərsi
  • BBC-dən dünyanı dəyişdirən 20 kitab!
  • Dünyaca tanınmış milyonçularının ən çox sevdikləri kitablar
  • Karantin günlərində asanlıqla oxuyub bitirəcəyiniz 10 kitab
  • Ölməzdən əvvəl mütləq oxumalı olduğunuz fərdi-inkişaf kitabları
  • Netflix-də yayımlanan ən yaxşı sənədli filmlər
  • Karantin günlərində Netflixdə izləyə biləcəyiniz ən bəyənilən filmlər
  • Karantin günlərində izləyə biləcəyiniz ən bəyənilən Netflix serialları

Haqqımızda

AiləTravel.net xəbər saytı deyil, fərqli bir saytdır. AiləTravel.net saytında kriminal, siyasi xəbərlərə,şou xəbərlərə və xəbər saytlarına xas olan ənənəvi olan informasiyalara demək olar ki,rast gəlməyəcəksiniz. Bu sayt ancaq pozitiv məlumatlardan ,faydalı məlumatlardan əyləncəli şəkildə bəhs edən saytdır. ailetravel.net təkcə səyahət saytı deyil,eyni zamanda müxtəlif sahələrə marağı olan insanların informasiya tələbatını təmin edə biləcək əyləncəli-maarifləndirici saytdır.
Əgər sizin reallıqda səyahət etməyə imkanınız yoxdursa bizim saytla virtual səyahət edə bilərsiniz.Əgər siz aktiv səyahətçisinizsə eynilə bizim saytdakı materiallardan faydalana bilərsiniz, özünüz üçün yeni bilgilərdən istifadə edə bilərsiniz. Saytımızın səhifələrində nəinki peşəkar səyahət verilişləri ilə, eləcə də müəllif -həvəskar çəkilişlərlə tanış olacaqsınız. Güman edirik ki, informasiya bolluğunun olduğu indiki vaxtda AiləTravel.net sizlərin zövqünüzü oxşayan və tələblərinizə cavab verən mətbu orqan olacaq. Ümid edirik dəyərli vaxtınızı faydalı və maraqlı keçirəcəksiniz. Səyahətlə bağlı təəsüratlarınızı bizimlə bölüşə bilər,bu haqda yazılarınızı,vidematerialları, şəkilləri ,eləcə də irad və təkliflərinizi elektron ünvanımıza göndərə bilərsiniz.
AiləTravel.net həmçinin bütün yerli və xarici turizm şirkətlərini, eləcə də bütün iş adamlarını aktiv əməkdaşlığa dəvət edir.

Əlaqə