Gürcüstana səfər edən turistlər xüsusi zonalarda istirahət edə biləcəklər

Gürcüstana səfər edən əcnəbi ziyarətçilərin istirahəti üçün “yaşıl zona”lar yaradılacaq.

Ailetravel.net xəbər verir ki, bu barədə Gürcüstanın Milli Turizm Administrasiyasının rəhbəri Mariam Kvrivişvili bildirib.

Onun sözlərinə görə, daxili turizm mövsümü açılandan sonra Gürcüstan vətəndaşları bütün ölkə üzrə istirahət edə biləcəklər: “Mehmanxana, iaşə obyektləri, turizm şirkətləri və bələdçilər üçün kriteriyalar müəyyən olunub. Beynəlxalq normaları tətbiq edən bütün kurortlar fəaliyyət göstərəcəklər”.

Əcnəbi turistlər üçün “yaşıl zona”lara gəlincə, M.Kvrivişvili qeyd edib ki, bu zonalar koronavirusdan azad olacaq: “Zonalara Tsxaltubo, Borjomi, Abastumani, Bakuriani, Qudauri, Batumi və digər kurotlar daxildir. Bu obyektlər üçün də müvafiq tövsiyələr hazırlanacaq”.

Qeyd edək ki, qonşu ölkədə daxili turizm xidmətləri iyunun 15-dən bərpa olunacaq, xarici turistlərin qəbuluna isə iyulun 1-dən başlanılacaq.

Haqqımızda

AiləTravel.net xəbər saytı deyil, fərqli bir saytdır. AiləTravel.net saytında kriminal, siyasi xəbərlərə,şou xəbərlərə və xəbər saytlarına xas olan ənənəvi olan informasiyalara demək olar ki,rast gəlməyəcəksiniz. Bu sayt ancaq pozitiv məlumatlardan ,faydalı məlumatlardan əyləncəli şəkildə bəhs edən saytdır. ailetravel.net təkcə səyahət saytı deyil,eyni zamanda müxtəlif sahələrə marağı olan insanların informasiya tələbatını təmin edə biləcək əyləncəli-maarifləndirici saytdır.
Əgər sizin reallıqda səyahət etməyə imkanınız yoxdursa bizim saytla virtual səyahət edə bilərsiniz.Əgər siz aktiv səyahətçisinizsə eynilə bizim saytdakı materiallardan faydalana bilərsiniz, özünüz üçün yeni bilgilərdən istifadə edə bilərsiniz. Saytımızın səhifələrində nəinki peşəkar səyahət verilişləri ilə, eləcə də müəllif -həvəskar çəkilişlərlə tanış olacaqsınız. Güman edirik ki, informasiya bolluğunun olduğu indiki vaxtda AiləTravel.net sizlərin zövqünüzü oxşayan və tələblərinizə cavab verən mətbu orqan olacaq. Ümid edirik dəyərli vaxtınızı faydalı və maraqlı keçirəcəksiniz. Səyahətlə bağlı təəsüratlarınızı bizimlə bölüşə bilər,bu haqda yazılarınızı,vidematerialları, şəkilləri ,eləcə də irad və təkliflərinizi elektron ünvanımıza göndərə bilərsiniz.
AiləTravel.net həmçinin bütün yerli və xarici turizm şirkətlərini, eləcə də bütün iş adamlarını aktiv əməkdaşlığa dəvət edir.

Əlaqə: (+994) 70 501 88 17