İnsan qarğa ömrü yaşaya bilərmi?

“Əslində insanın ömrü 300 ildən az olmamalıdır”

ABŞ və İsveç alimləri şəkərli diabetə qarşı dərman hazırlayarkən, qocalmanı gecikdirən vasitə tapıblar. ABŞ-ın Qida və Dərman Administrasiyası tərəfindən bu dərmanın insanlar üzərində tətbiq edilməsinə icazə verilib. Məlumata görə dərmanın tərkibi qocalmanı gecikdirən metformin maddəsindən ibarətdir. Bu maddə hüceyrələrin daha çox oksigen qəbul etməsinə şərait yaradır. Bunun sayəsində hüceyrələr uzun müddət “gənc” qalır. Rus alimləri tərəfindən laborator siçovullar üzərində aparılan eksperimentlər göstərib ki, metformini qəbul edən heyvanlar daha çox yaşayır. Həmçinin bu preparat onlarda süd vəzi xərçənginin inkişafını ləngidib. Maddənin tətbiqi uğurlu alınsa, insanlar 70 yaşında 50 yaşındakı kimi görünəcək, 110, hətta 120 il yaşamaq mümkün olacaq. Həmçinin, melatonin maddəsi də ömrü uzadır.  Melatonin  maddəsini də “heroprotektor” adlandırmaq olar. Bu maddə insan orqanizmində qaranlıqda ifraz olunur və yuxunu tənzimləyir. İşıqda ifraz azalır. Eksperimentlərdə bu maddənin siçovullar və siçanlara yeridildikdə onların ömrünün xeyli uzandığı müəyyən edilib. Melatonin onkoloji xəstəliklərin müalicəsində də istifadə olunur.

Resveratrol (polifenol) maddəsi üzüm çəyirdəklərinin və qırmızı çaxırın tərkibinə daxildir. Bu maddə cavanlaşdırıcı təsirə malikdir, qocalmanı ləngidir, ürək-damar sistemi xəstəliklərindən qoruyur. Hazırda bütün dünyada qocalmanın qarşısını alan dərmanlarla bağlı geniş araşdırmalar davam edir və müsbət nəticələr verir.

İnsanların üzərində aparılan sınaqların tamamlanması və dərmanın istifadəyə verilməsi üçün ən azı 5 il gözləmək lazımdır.

Картинки по запросу İnsan Ömrü yaşaya bilərmi?

Lakin mütəxəsislər qeyd edir ki, bu cür “cavanlıq iksiri” olmadan da insan normal olaraq 150 ilə qədər yaşaya bilər. Bir şərtlə ki, qidalanmasına, düzgün yaşayış rejiminə riayət etsin.  Müasir insanın həyatından texnalogiyalar, süni qidalar onun ömrünü qısaltmış olur.

Ötən il kanadalı alimlər maraqlı bir iddia ilə çıxış etmişdilər. Onlar iddia edirdi ki, təxminən 2500 il əvvəl yer üzünün müxtəlif bölgələrində insanların əksəri orta yaş kimi 100 il yaşayıb. 100 yaşı keçəndən sonra isə onlarda qocalma prosesi başlayırmış. Alimlər qeyd edir ki, həmin insanlar fiziki quruluşlarına görə də müasir insanlardan xeyli dərəcədə fərqlənib. Bu cür uzunömürlülər əsasən təbiət qoynunda məskunlaşanlar, bəzi texnologiyalardan (araba,əmək fəaliyyətini məhdudlaşdıran qurğular)uzaq qəsəbələrdə yaşayanlar olub. Onlar əsasən Asiyada Çin, Cənubi Amerika ərazilərində və Avropanın şərq hissələrində mövcud olublar. Onların uzunömürlülük sirləri isə çox sadə olub-az və təbii olan ərzaqlarla qidalanıblar, təbiət qoynunda daha çox olub əmək fəaliyyəti ilə çox məşğul olublar və bir də gördükləri hər bir işi xüsusi rejimlərlə həyata keçiriblər ki, bu da onların həyatına xüsusi tarazlıq, ahəng qatıb. Elm adamları bu gün şəhərlərdə yaşayan insanların az yaşamasını qida və ekoloji problemlə əlaqələndirsələr də rejimin olmamasının da bu işdə xüsusi rol oynadığını qeyd edirlər.

Kanadalı araşdırmaçılar bir neçə dəfə nəhəng insan skeletlərinin tapılmasını söylədikləri faktlara sübut olduğunu da iddia ediblər. Onlar sümüklərdən götürülən analizlərin araşdırlması zamanı həmin skeletlərin tərkibinin indiki insanın sümük tərkibindən 50 faiz fərqlənməsini də təsadüfi saymayıblar. Alimlər iddia ediblər ki, əgər muasir insan da sözügedən keçmiş insanlar kimi həyat tərzi keçirsələr nəinki 150 il, hətta 300 ilə yaxın yaşaya bilərlər.

Картинки по запросу seyfəddin əsəd

Mövzu ilə bağlı təbii üsullarla müalicə mərkəzinin rəhbəri, tanınmış həkim Seyfəddin Əsəd musavat.com-a danışıb. Həkim qeyd edib ki, əslində insanın ömrü 300 ildən az olmamalıdır: “Keçmişdən bu günə qədər yadda qalan budur ki, insan ömrü 300 ildən çox olmalıdır. Məhəmməd peyğəmbərdən başqa digər peyğəmbərlərin uzun ömürlü olduğu məlumdur. Yaxın tarixdə də ölkəmizdə 200, 160 il yaşayanlar olub. Maraqlıdır ki, onların heç biri rejim qaydalarına əməl etməyiblər. Lakin görünür valideynləri onları düzgün bəsləyib. İnsan uşaqlıqdan nə qədər düzgün qidalansa, beyin toxumaları daim oksigenlə təmin olunsa, yəni təmiz hava çox alsa, daim fəal, aktiv hərəkətdə olsa, stresdən maksimum dərəcə uzaq olsa, bir o qədər çox yaşayar. Beləliklə, təmiz qida, təmiz su, təmiz torpaq, hava daha çox ömür deməkdir. Həmçinin həftədə bir dəfə ac qalmaq da orqanizmə müsbət təsir göstərir.

Olduğumuz otağın havasını tez-tez dəyişdirməliyik. Bu zaman beyin toxumalarımız oksigenlə təmin olunur. Əks halda oksigensiz qalanda beyin toxuması məhv olur.

Yaponiyada yaşı 100-ü keçənlərin sayı getdikcə artmağa başlayır. 2030-cu ildə bu daha böyük rəqəmə çatacaq”.

Xalidə Gəray

Haqqımızda

AiləTravel.net xəbər saytı deyil, fərqli bir saytdır. AiləTravel.net saytında kriminal, siyasi xəbərlərə,şou xəbərlərə və xəbər saytlarına xas olan ənənəvi olan informasiyalara demək olar ki,rast gəlməyəcəksiniz. Bu sayt ancaq pozitiv məlumatlardan ,faydalı məlumatlardan əyləncəli şəkildə bəhs edən saytdır. ailetravel.net təkcə səyahət saytı deyil,eyni zamanda müxtəlif sahələrə marağı olan insanların informasiya tələbatını təmin edə biləcək əyləncəli-maarifləndirici saytdır.
Əgər sizin reallıqda səyahət etməyə imkanınız yoxdursa bizim saytla virtual səyahət edə bilərsiniz.Əgər siz aktiv səyahətçisinizsə eynilə bizim saytdakı materiallardan faydalana bilərsiniz, özünüz üçün yeni bilgilərdən istifadə edə bilərsiniz. Saytımızın səhifələrində nəinki peşəkar səyahət verilişləri ilə, eləcə də müəllif -həvəskar çəkilişlərlə tanış olacaqsınız. Güman edirik ki, informasiya bolluğunun olduğu indiki vaxtda AiləTravel.net sizlərin zövqünüzü oxşayan və tələblərinizə cavab verən mətbu orqan olacaq. Ümid edirik dəyərli vaxtınızı faydalı və maraqlı keçirəcəksiniz. Səyahətlə bağlı təəsüratlarınızı bizimlə bölüşə bilər,bu haqda yazılarınızı,vidematerialları, şəkilləri ,eləcə də irad və təkliflərinizi elektron ünvanımıza göndərə bilərsiniz.
AiləTravel.net həmçinin bütün yerli və xarici turizm şirkətlərini, eləcə də bütün iş adamlarını aktiv əməkdaşlığa dəvət edir.

Əlaqə: (+994) 70 501 88 17