Lüksemburq pulsuz ictimai nəqliyyatı olan ilk ölkə oldu

Fevralın 29-dan etibarən Lüksemburqda ölkə vətəndaşları və qonaqlar üçün ictimai nəqliyyat pulsuz oldu.

Ailetravel.netTASS-a istinadən verdiyi məlumata görə, xarici mətbuata Ksavye Bettelin başçılıq etdiyi koalisiya hökumətinin qərarına əsasən, şənbə günündən etibarən avtobus, tramvay və qatarlar da daxil olmaqla bütün nəqliyyat növlərində gediş haqqı ləğv edilib. Yerli KİV-lərin verdiyi məlumata görə, bu “tarixi gün” krallığın dörd stansiyasında konsert və digər mədəni tədbirlər ilə qeyd ediləcək.

Lüksemburq hökuməti bu cür bir addımın atılmasına tıxacların ən kəskin problemi fonunda qərara gəldi. Ölkə paytaxtında 110 min insan yaşayır, bütün ölkə əhalisinin sayı isə 614 min nəfərdir. Lakin qonşu ölkələrdən (Belçika, Almaniya və Fransa) yüz minlərlə insan işləmək üçün hər gün Lüksemburqa gəlir. Nəticədə, uzun müddət yollarda, xüsusilə də paytaxtda nəqliyyatın hərəkəti dayanır.

Bu addım ev təsərrüfatlarının təxminən 40%-ni əhatə edəcək. Layihənin illik dəyəri 41 mln. avro olacaq ki, bunların vergi ödəmələri hesabına geri qaytarılacağı planlaşdırılır. Qeyd edək ki, hazırda Lüksemburq pulsuz ictimai nəqliyyatı olan yeganə ölkədir. 2013-cü ildən Estoniyanın paytaxtı Tallində ictimai nəqliyyatda gediş haqqı ləğv edilib, lakin bu, yalnız yerli sakinlərə şamil olunur. 200 min əhalisi olan Fransanın şimalındakı Dunkirk şəhəri də 2018-ci ildə avtobus və tramvaylarda gedişi pulsuz edib.

Haqqımızda

AiləTravel.net xəbər saytı deyil, fərqli bir saytdır. AiləTravel.net saytında kriminal, siyasi xəbərlərə,şou xəbərlərə və xəbər saytlarına xas olan ənənəvi olan informasiyalara demək olar ki,rast gəlməyəcəksiniz. Bu sayt ancaq pozitiv məlumatlardan ,faydalı məlumatlardan əyləncəli şəkildə bəhs edən saytdır. ailetravel.net təkcə səyahət saytı deyil,eyni zamanda müxtəlif sahələrə marağı olan insanların informasiya tələbatını təmin edə biləcək əyləncəli-maarifləndirici saytdır.
Əgər sizin reallıqda səyahət etməyə imkanınız yoxdursa bizim saytla virtual səyahət edə bilərsiniz.Əgər siz aktiv səyahətçisinizsə eynilə bizim saytdakı materiallardan faydalana bilərsiniz, özünüz üçün yeni bilgilərdən istifadə edə bilərsiniz. Saytımızın səhifələrində nəinki peşəkar səyahət verilişləri ilə, eləcə də müəllif -həvəskar çəkilişlərlə tanış olacaqsınız. Güman edirik ki, informasiya bolluğunun olduğu indiki vaxtda AiləTravel.net sizlərin zövqünüzü oxşayan və tələblərinizə cavab verən mətbu orqan olacaq. Ümid edirik dəyərli vaxtınızı faydalı və maraqlı keçirəcəksiniz. Səyahətlə bağlı təəsüratlarınızı bizimlə bölüşə bilər,bu haqda yazılarınızı,vidematerialları, şəkilləri ,eləcə də irad və təkliflərinizi elektron ünvanımıza göndərə bilərsiniz.
AiləTravel.net həmçinin bütün yerli və xarici turizm şirkətlərini, eləcə də bütün iş adamlarını aktiv əməkdaşlığa dəvət edir.

Əlaqə: (+994) 70 501 88 17