Musiqili Teatr tamaşaçılarına sorğu ünvanladı

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı rəsmi sosial şəbəkə hesablarından virtual izləyicilərinə maraqlı sorğu ünvanlayıb. 

Ailetravel.net xəbər verir ki, belə bir sorğunun yaranmasına səbəb isə karantin günlərində teatrın virtual izləyicilərinin sayınin gündən – günə artması və bu qocaman sənət məbədinə onların hədsiz marağıdır.

Elə bu baxımdan da, teatr hər dəfə izləyicilərin istək və arzularını nəzərə alaraq, repertuarında xüsusi yeri olan maraqli nümunələri, eyni zamanda xalqın sevdiyi retro tamaşaları “Facebook” səhifəsində canlı yayım vasitəsilə təqdim edir. Bu, mövcud vəziyyətdə teatr və tamaşaçı arasında əlaqə yaratmaq üçün ən yaxşı vasitə olsa da, təbii ki, heç nə canlı ünsiyyəti əvəz edə bilməz.

Tamaşaçıların teatra böyük sevgisi yaradıcı kollektivi belə bir sorğu ilə onlara müraciət etməyə sövq edib. Belə ki, sual və cavab bəndləri link vasitəsilə aşağıdakı qaydada göstərilib:

“Teatrımız iyul və avqust aylarında fəaliyyət göstərərsə, tamaşalarımızda iştirak etmək istərdinizmi?”

“Bəli, iştirak edərdim”,

“Xeyr, kütləvi yerlərdə hələlik iştirak etməkdən çəkinirəm”,

“Xeyr, maddi imkanım yoxdur”

Sorğuda iştirak edənlər öz variantlarını eyni zamanda şərh bölməsində yaza bilərlər.

Beləliklə, Akademik Musiqili Teatr sorğuda iştirak etmək üçün hamınızı göstərilən linkə daxil olaraq öz münasibətinizi bildirməyə dəvət edir.

Haqqımızda

AiləTravel.net xəbər saytı deyil, fərqli bir saytdır. AiləTravel.net saytında kriminal, siyasi xəbərlərə,şou xəbərlərə və xəbər saytlarına xas olan ənənəvi olan informasiyalara demək olar ki,rast gəlməyəcəksiniz. Bu sayt ancaq pozitiv məlumatlardan ,faydalı məlumatlardan əyləncəli şəkildə bəhs edən saytdır. ailetravel.net təkcə səyahət saytı deyil,eyni zamanda müxtəlif sahələrə marağı olan insanların informasiya tələbatını təmin edə biləcək əyləncəli-maarifləndirici saytdır.
Əgər sizin reallıqda səyahət etməyə imkanınız yoxdursa bizim saytla virtual səyahət edə bilərsiniz.Əgər siz aktiv səyahətçisinizsə eynilə bizim saytdakı materiallardan faydalana bilərsiniz, özünüz üçün yeni bilgilərdən istifadə edə bilərsiniz. Saytımızın səhifələrində nəinki peşəkar səyahət verilişləri ilə, eləcə də müəllif -həvəskar çəkilişlərlə tanış olacaqsınız. Güman edirik ki, informasiya bolluğunun olduğu indiki vaxtda AiləTravel.net sizlərin zövqünüzü oxşayan və tələblərinizə cavab verən mətbu orqan olacaq. Ümid edirik dəyərli vaxtınızı faydalı və maraqlı keçirəcəksiniz. Səyahətlə bağlı təəsüratlarınızı bizimlə bölüşə bilər,bu haqda yazılarınızı,vidematerialları, şəkilləri ,eləcə də irad və təkliflərinizi elektron ünvanımıza göndərə bilərsiniz.
AiləTravel.net həmçinin bütün yerli və xarici turizm şirkətlərini, eləcə də bütün iş adamlarını aktiv əməkdaşlığa dəvət edir.

Əlaqə: (+994) 70 501 88 17