Odessada hotel yandı: 8 ölü, 10 yaralı

0
20

Ukraynanın Odessa şəhərindəki “Tokio-Star” hotelində yanğın baş verib.

TASS  xəbər verir ki, bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb.

Hadisə nəticəsində 8 nəfər ölüb, 10-u yaralanıb.

Yanğın hotelin ikinci mərtəbəsindən başlayıb və 1000 kvadratmetr sahəni əhatə edib.

Yanğının söndürülməsinə 65 yanğınsöndürən-xilasedici və 13 texnika cəlb olunub.

Hadisənin səbəbi hələ məlum deyil.