Ondan dünyada bir dənə qalmışdı… – FOTO

Keniyanın Qarissa dairəsində qoruqda brakonyerlər dünyanın ən nadir canlılarından sayılan dişi ağ zürafəni və onun balasını öldürüblər. Bu barədə “The Daily Telegraph” xəbər yayıb.

Bundan sonra qoruqda yalnız ağ rəngli erkək ağ zürafə qalıb.

Qoruğun rəhbəri Məhəmməd Əhmədnur baş verən hadisəni faciə adlandırıb.

“Ovçular dünyada sonuncu dişi ağ zürafəni öldürdülər”, – deyə o, təəssüflə bildirib.

Qeyd edilir ki, dişi ağ zürafə 2017-ci ildə qoruğa gətirilib və ümumi marağa səbəb olub. Sonradan zürafə iki dəfə balalayıb. Bu heyvanların qeyri-adi rəngi albinizmlə deyil, leykizmlə (heyvanların dərisində piqmentasiyanın qismən itməsinə səbəb olan mutasiya) əlaqədardır.

Haqqımızda

AiləTravel.net xəbər saytı deyil, fərqli bir saytdır. AiləTravel.net saytında kriminal, siyasi xəbərlərə,şou xəbərlərə və xəbər saytlarına xas olan ənənəvi olan informasiyalara demək olar ki,rast gəlməyəcəksiniz. Bu sayt ancaq pozitiv məlumatlardan ,faydalı məlumatlardan əyləncəli şəkildə bəhs edən saytdır. ailetravel.net təkcə səyahət saytı deyil,eyni zamanda müxtəlif sahələrə marağı olan insanların informasiya tələbatını təmin edə biləcək əyləncəli-maarifləndirici saytdır.
Əgər sizin reallıqda səyahət etməyə imkanınız yoxdursa bizim saytla virtual səyahət edə bilərsiniz.Əgər siz aktiv səyahətçisinizsə eynilə bizim saytdakı materiallardan faydalana bilərsiniz, özünüz üçün yeni bilgilərdən istifadə edə bilərsiniz. Saytımızın səhifələrində nəinki peşəkar səyahət verilişləri ilə, eləcə də müəllif -həvəskar çəkilişlərlə tanış olacaqsınız. Güman edirik ki, informasiya bolluğunun olduğu indiki vaxtda AiləTravel.net sizlərin zövqünüzü oxşayan və tələblərinizə cavab verən mətbu orqan olacaq. Ümid edirik dəyərli vaxtınızı faydalı və maraqlı keçirəcəksiniz. Səyahətlə bağlı təəsüratlarınızı bizimlə bölüşə bilər,bu haqda yazılarınızı,vidematerialları, şəkilləri ,eləcə də irad və təkliflərinizi elektron ünvanımıza göndərə bilərsiniz.
AiləTravel.net həmçinin bütün yerli və xarici turizm şirkətlərini, eləcə də bütün iş adamlarını aktiv əməkdaşlığa dəvət edir.

Əlaqə: (+994) 70 501 88 17