“Qırmızı körpü”dən Batumiyə – 4 SAATA GEDƏCƏYİK – YENİ LAYİHƏ

Gürcüstan Avtomobil Yolları Departamenti və tenderdə qalib gəlmiş Çinin “Guizhou Highway Engineering Group” və “China National Technical Import and Export Corporation” şirkətləri arasında Fransa Brestini Orta Asiya ilə birləşdirən E-60 “Şərq-Qərb” Avropa nəqliyyat dəhlizinin Gürcüstan hissəsinin ən çətin hissəsinin inşa edilməsi üzrə saziş imzalanıb.

ailetravel.net xəbər verir ki, dəhlizin E-60 hissəsi Rikotski aşırımından keçir və Şorapani-Arqveti avtomobil yolunun bir hissəsidir. 14,7 km uzunluğunda olan ən çətin hissədə dördzolaqlı sement-beton yol, 14 körpü və 12 tunel tikilməlidir.

Gürcüstanda E-60 Qara dəniz sahilindəki Poti limanında başlayır və Azərbaycanla sərhəddə bitir, yolun ümumi uzunluğu 392 kilometrdir. Avropanın ikinci ən böyük nəqliyyat dəhlizi Qırğızıstanın İrkeşhtam şəhərində başa çatır.

Ümumilikdə Rikotski aşırımında 51,6 km uzunluqda yolun inşası planlaşdırılır. Məqsəd Azərbaycanla sərhəddəki “Qırmızı körpü”dən Acarıstan tərəfdən Türkiyə ilə sərhəddəki Sarpi kəndinə gediş-gəliş vaxtını ikiqat azaltmaqdır. Hazırda bu məsafəni avtomobil ilə 8 saata getmək olur.

Yolun tikintisi 2022-ci ilin iyununda başa çatdırılmalıdır.

Layihə Gürcüstana 202 milyon dollardan çox kredit ayıran Asiya İnkişaf Bankı tərəfindən maliyyələşdirilir.

Ailetravel.net

Haqqımızda

AiləTravel.net xəbər saytı deyil, fərqli bir saytdır. AiləTravel.net saytında kriminal, siyasi xəbərlərə,şou xəbərlərə və xəbər saytlarına xas olan ənənəvi olan informasiyalara demək olar ki,rast gəlməyəcəksiniz. Bu sayt ancaq pozitiv məlumatlardan ,faydalı məlumatlardan əyləncəli şəkildə bəhs edən saytdır. ailetravel.net təkcə səyahət saytı deyil,eyni zamanda müxtəlif sahələrə marağı olan insanların informasiya tələbatını təmin edə biləcək əyləncəli-maarifləndirici saytdır.
Əgər sizin reallıqda səyahət etməyə imkanınız yoxdursa bizim saytla virtual səyahət edə bilərsiniz.Əgər siz aktiv səyahətçisinizsə eynilə bizim saytdakı materiallardan faydalana bilərsiniz, özünüz üçün yeni bilgilərdən istifadə edə bilərsiniz. Saytımızın səhifələrində nəinki peşəkar səyahət verilişləri ilə, eləcə də müəllif -həvəskar çəkilişlərlə tanış olacaqsınız. Güman edirik ki, informasiya bolluğunun olduğu indiki vaxtda AiləTravel.net sizlərin zövqünüzü oxşayan və tələblərinizə cavab verən mətbu orqan olacaq. Ümid edirik dəyərli vaxtınızı faydalı və maraqlı keçirəcəksiniz. Səyahətlə bağlı təəsüratlarınızı bizimlə bölüşə bilər,bu haqda yazılarınızı,vidematerialları, şəkilləri ,eləcə də irad və təkliflərinizi elektron ünvanımıza göndərə bilərsiniz.
AiləTravel.net həmçinin bütün yerli və xarici turizm şirkətlərini, eləcə də bütün iş adamlarını aktiv əməkdaşlığa dəvət edir.

Əlaqə: (+994) 70 501 88 17