Qripdən qorunmağın 3 əsas şərti

Adil Qeybulla: “Virusun bu qədər sürətlə yayılmasının əsas səbəbi…”

Ailetravel.net kaspi.az-a istinadən yazını təqdim edir.

Qrip və qripə bənzər yoluxucu xəstəliklərin aktiv olduğu dövrdür. Kimi danışdırsan, qripdən, boğaz ağrısından şikayət edir. Bir qrup insan isə qripə yoluxmaqdan ehtiyat edir. Çünki ətrafında bir çox insanın qrip olduğu təqdirdə, yoluxma ehtimalı çox olur. Bəs qripin daha çox adama yoluxmamağı üçün insanın özündən nələr asılıdır?

Tibbi ekspert Adil Qeybulla bildirdi ki, müvafiq qurumlar insanları bu cəhətdən daha çox məlumatlandırmalıdır. İnsanlar özləri də bu cür xəstəliklərə qarşı daha diqqətli yanaşmalıdırlar: “İlk növbədə, insanlar soyuqdəymə və yuxarı tənəffüs yollarının iltihabı ilə bağlı istənilən xəstəliyə xüsusi diqqətlə yanaşmalıdır. Eyni zamanda dövlət qurumları və müvafiq strukturlar da insanlar arasında maarifləndirici iş aparmalıdırlar. Çünki xəstələrə düzgün istiqamət verilmədiyi halda, xəstəliyin fəsadları daha da artır”.

Adil Qeybulla diqqətə çatdırdı ki, xəstəliyə yoluxma və yoluxdurma hallarının qarşısını almaq üçün üç əsas tədbir görülməlidir: “Birincisi, məktəblərdə və digər kütləvi toplantı yerlərində insanların maskalardan istifadə etməsi, həmin yerlərin tez-tez dezinfeksiya olunması, otaqların mütəmadi olaraq havasının dəyişdirilməsi vacibdir. İkincisi, xəstəliyə yoluxduğu halda, xəstə mütləq yataq rejiminə keçməlidir. Bu, təkrar soyuqdəymənin və xəstəliyin ağırlaşmasının qarşısını alır. Üçüncüsü, xəstə çoxlu maye qəbul etməlidir, çünki immunitetin bu cür vəziyyətlərdə mayeyə daha çox ehtiyacı olur. Əlavə olaraq, xəstə bacardığı qədər çox oksigen qəbul etməlidir. Qeyd etmək lazımdır ki, xəstələr mütləq həkimə müraciət etməli, müvafiq prosedurları həkimin tövsiyəsi ilə icra etməlidirlər. Əgər bu qaydalara əməl edilsə, həm xəstəliklərə yoluxma halları azalar, həm də xəstəliyin ağırlaşmasının qarşısı alınar. Ancaq müvafiq qurumlar da maksimum dərəcədə tədbirlər görməlidirlər”.

Adil Qeybulla bildirdi ki, xəstəlik dövründə fiziki təmasdan maksimum dərəcədə yayınmaq lazımdır, çünki xəstəliklərin bu qədər sürətlə yayılmasının əsas səbəbi, məhz başqaları ilə yaxın təmasda olub onları yoluxdurmaqdır: “Ona görə də, əvvəl qeyd olunduğu kimi, xəstəliyə yoluxmuş şəxs yataq rejiminə keçməlidir. Lakin insanların bunu etməməyinin başlıca səbəbi onların bir çoxunun işləməsindən və işdən qala bilməməyindən irəli gəlir. Halbuki, əmək hüquqlarına əsasən, onlar işlərindən asılı olmayaraq evdə qalmalı, yalnız tam sağaldıqdan sonra işə qayıtmalıdırlar. Bu, həm də onların işlədikləri qurumlar üçün də səmərəlidir, çünki əks halda bir çox işçi xəstələnər və həmin insanlar əmək qabiliyyətini itirər”.

Adil Qeybulla valideynlərin nəzərinə çatdırdı ki, azyaşlılar da xəstəlik müddətində bağça və ya məktəblərə getməyi müvəqqəti olaraq dayandırmalıdırlar: “Uşaqların vitaminli siroplar qəbul etməsi çox yaxşı olar. Valideynlər də uşaqların geyimlərinin düzgün şəkildə, hava şəraitinə uyğun olaraq seçilməsinə diqqət etməlidirlər. Ancaq ən önəmlisi, xəstəliyə tutulduqları halda dərsdən və ya bağçadan qalmalarıdır”.

Adil Qeybulla əlavə olaraq qeyd etdi ki, immuniteti gücləndirmək üçün ilk növbədə insanlar aktiv həyat tərzi sürməli, hərəkətli olmalıdırlar: “Tez-tez idmanla və ya gimnastika ilə məşğul olmaq immunitet üçün faydalıdır. Eyni zamanda qidalanmaya da fikir vermək lazımdır. Daha çox vitaminli qidalara, xüsusilə də meyvə-tərəvəz qəbuluna üstünlük verilməsi yaxşıdır”.

Haqqımızda

AiləTravel.net xəbər saytı deyil, fərqli bir saytdır. AiləTravel.net saytında kriminal, siyasi xəbərlərə,şou xəbərlərə və xəbər saytlarına xas olan ənənəvi olan informasiyalara demək olar ki,rast gəlməyəcəksiniz. Bu sayt ancaq pozitiv məlumatlardan ,faydalı məlumatlardan əyləncəli şəkildə bəhs edən saytdır. ailetravel.net təkcə səyahət saytı deyil,eyni zamanda müxtəlif sahələrə marağı olan insanların informasiya tələbatını təmin edə biləcək əyləncəli-maarifləndirici saytdır.
Əgər sizin reallıqda səyahət etməyə imkanınız yoxdursa bizim saytla virtual səyahət edə bilərsiniz.Əgər siz aktiv səyahətçisinizsə eynilə bizim saytdakı materiallardan faydalana bilərsiniz, özünüz üçün yeni bilgilərdən istifadə edə bilərsiniz. Saytımızın səhifələrində nəinki peşəkar səyahət verilişləri ilə, eləcə də müəllif -həvəskar çəkilişlərlə tanış olacaqsınız. Güman edirik ki, informasiya bolluğunun olduğu indiki vaxtda AiləTravel.net sizlərin zövqünüzü oxşayan və tələblərinizə cavab verən mətbu orqan olacaq. Ümid edirik dəyərli vaxtınızı faydalı və maraqlı keçirəcəksiniz. Səyahətlə bağlı təəsüratlarınızı bizimlə bölüşə bilər,bu haqda yazılarınızı,vidematerialları, şəkilləri ,eləcə də irad və təkliflərinizi elektron ünvanımıza göndərə bilərsiniz.
AiləTravel.net həmçinin bütün yerli və xarici turizm şirkətlərini, eləcə də bütün iş adamlarını aktiv əməkdaşlığa dəvət edir.

Əlaqə: (+994) 70 501 88 17