Чт. Май 13th, 2021

Finlandiyada elektrik enerjisi pulsuz olan binalar tikilir

Finlandiyada sakinlər üçün elektrik enerjisi havayı olan binaların tikintisinə başlanılıb. Bu cür evlərdə külək və günəş enerjisindən maksimal istifadə edən xüsusi avadanlıq quraşdırılıb ki, nəticədə elektrik və istilik sakinlərə pulsuz başa gəlir.

Ailetravel.net xarici saytlara istinadla xəbər verir ki, konseptual layihə rentabelli olduğundan Finlandiyada enerjidən asılılığı olmayan binaların inşasına maraq artmaqdadır. İlk belə ev Helsinkinin Aalto Universitetinin Arxitektura fakültəsinin tələbələri tərəfindən layihələndirilib.

Arxitektorların qarşısında duran əsas məsələlərdən biri də soyuq şimal şəraitində istilik itkisinin minimuma endirilməsi olduğundan, layihə zamanı əsas diqqət binanın xarici fasadına yönəldilib. Bu məqsədlə yüksək sıxlığa malik istilik izolyasiya edən elementlərdən istifadə olunub.

Haqqımızda

AiləTravel.net xəbər saytı deyil, fərqli bir saytdır. AiləTravel.net saytında kriminal, siyasi xəbərlərə,şou xəbərlərə və xəbər saytlarına xas olan ənənəvi olan informasiyalara demək olar ki,rast gəlməyəcəksiniz. Bu sayt ancaq pozitiv məlumatlardan ,faydalı məlumatlardan əyləncəli şəkildə bəhs edən saytdır. ailetravel.net təkcə səyahət saytı deyil,eyni zamanda müxtəlif sahələrə marağı olan insanların informasiya tələbatını təmin edə biləcək əyləncəli-maarifləndirici saytdır.
Əgər sizin reallıqda səyahət etməyə imkanınız yoxdursa bizim saytla virtual səyahət edə bilərsiniz.Əgər siz aktiv səyahətçisinizsə eynilə bizim saytdakı materiallardan faydalana bilərsiniz, özünüz üçün yeni bilgilərdən istifadə edə bilərsiniz. Saytımızın səhifələrində nəinki peşəkar səyahət verilişləri ilə, eləcə də müəllif -həvəskar çəkilişlərlə tanış olacaqsınız. Güman edirik ki, informasiya bolluğunun olduğu indiki vaxtda AiləTravel.net sizlərin zövqünüzü oxşayan və tələblərinizə cavab verən mətbu orqan olacaq. Ümid edirik dəyərli vaxtınızı faydalı və maraqlı keçirəcəksiniz. Səyahətlə bağlı təəsüratlarınızı bizimlə bölüşə bilər,bu haqda yazılarınızı,vidematerialları, şəkilləri ,eləcə də irad və təkliflərinizi elektron ünvanımıza göndərə bilərsiniz.
AiləTravel.net həmçinin bütün yerli və xarici turizm şirkətlərini, eləcə də bütün iş adamlarını aktiv əməkdaşlığa dəvət edir.

Əlaqə