Ср. Ноя 10th, 2021

Meksika mətbəxi

İspanlıların gəlişindən əvvəl, Meksikanın sakinləri piy və ya yağın nə olduğunu bilmirdilər. Yemək adətən suda qaynadılırdı və ya buxara verilirdi, cox vaxtı o, yerdə qazılan quyularda bişirilirdi. İspan müstəmləkəçiləri çox qısa bir zamanda “amerikanlaşdılar”, və yerlilərin yaşayiş və qida vərdişlərini qəbul etdilər. Yeməyi yağda və ya qrildə qızardılması kimi təzə bişirmə üsulları çoxlu qeyri adi reseptlərin yaradılmasına təkan verdi.

Qarğıdalı və qandan yaranan adamlar

İspaniyalıların Meksikaya gəlişindən əvvəl meksikanlıların əsas yeməklərini qarğıdalı təşkil edirdi. Maya mifoloqiyasına əsasən, insanlar tanrıların qanı ilə qarışdırılan qarğadalı unundan əmələ gəlmişdir. Bu səbəbdən qarğıdalı az qala ilahi status əldə etmişdir. Qarğıdalı unu çörək və kekslərin əsas inqrediyentinə çevrildi.
 Wonderful Mexican beans recipes

Tortilya və ya naços?

Qarğıdalı masası tortilya adlanan meksikan çörəyi bişirmək üçün istifadə olunur. Xəmiri etmək üçün, quru tumlar kalsiumlu isti suya qoyulur, yumuşalana qədər bişirilir və bütün gecə qalır. Ertəsi gün tumlar yaxalanıb qurudulur və üyüdülür.  Üyüdülmüş kütlədən nazik kökələr düzəldilərək kömal adlandırılan qızdırılmış gil tava daşına qoyulur. Tortilyanın başqa növü totoposdur. Totopos duz və çili ilə qarışdırılmış üyüdülmüş qarğıdalı unundan hazırlanmış və balaca parçalara kəsilmiş nazik kökələrdir.

Paxlalı naços

Meksikada təxminən 20 müxtəlif paxla növləri bitir. Paxlalılar və qarğıdalı insan orqanizmi proteinin istehsalı üçün tələb olunan aminoturşularla təmin edir və tarazlaşdırılmış pəhriz üçün əvəzedilməzdir. Paxlalılar ətirli qöyərti ilə süfrəyə verilə bilər və yaxud bişiriləndən sonra əzilmiş halda tortilyanın içini doldurmaq üçün istifadə oluna bilər.

Odlu temperamentin sirri…

Meksikada çili həmişə ədviyyatların kralı olub və olacaq. Meksikalılar çilini o qədər sevir ki, hətta ən nəfis xörək belə çilisiz natamam hesab olunur. Meksikalılar tez-tez çili sousları düzəldir: balqabaq və ya günəbaxan tumları, araxis və ya kakao ilə qatılaşdırılan qırmızı və ya göy pomidorla çəkilmiş bibər sousu. Belə souslara hər cür qöyərti də qatılır.  Meksikada 90 dan çox müxtəlif dad, rəng və formalı çili növləri var.

Meksika: süd ilə ehtiyatlı ol!

Şübhəsiz ki, ən populyar Meksikan içkisi tekiladır. Lakin, bu içki heç bir reseptdə süd ilə qarışdırılmır. Süddə aşkar olunan kimyavi maddələr tekilanın təsirini gücləndirərək, ağır alkohol intoksikasiyaya gətirib çıxara bilər, hər iki içkinin dozaları minimal olsa belə.

Haqqımızda

AiləTravel.net xəbər saytı deyil, fərqli bir saytdır. AiləTravel.net saytında kriminal, siyasi xəbərlərə,şou xəbərlərə və xəbər saytlarına xas olan ənənəvi olan informasiyalara demək olar ki,rast gəlməyəcəksiniz. Bu sayt ancaq pozitiv məlumatlardan ,faydalı məlumatlardan əyləncəli şəkildə bəhs edən saytdır. ailetravel.net təkcə səyahət saytı deyil,eyni zamanda müxtəlif sahələrə marağı olan insanların informasiya tələbatını təmin edə biləcək əyləncəli-maarifləndirici saytdır.
Əgər sizin reallıqda səyahət etməyə imkanınız yoxdursa bizim saytla virtual səyahət edə bilərsiniz.Əgər siz aktiv səyahətçisinizsə eynilə bizim saytdakı materiallardan faydalana bilərsiniz, özünüz üçün yeni bilgilərdən istifadə edə bilərsiniz. Saytımızın səhifələrində nəinki peşəkar səyahət verilişləri ilə, eləcə də müəllif -həvəskar çəkilişlərlə tanış olacaqsınız. Güman edirik ki, informasiya bolluğunun olduğu indiki vaxtda AiləTravel.net sizlərin zövqünüzü oxşayan və tələblərinizə cavab verən mətbu orqan olacaq. Ümid edirik dəyərli vaxtınızı faydalı və maraqlı keçirəcəksiniz. Səyahətlə bağlı təəsüratlarınızı bizimlə bölüşə bilər,bu haqda yazılarınızı,vidematerialları, şəkilləri ,eləcə də irad və təkliflərinizi elektron ünvanımıza göndərə bilərsiniz.
AiləTravel.net həmçinin bütün yerli və xarici turizm şirkətlərini, eləcə də bütün iş adamlarını aktiv əməkdaşlığa dəvət edir.

Əlaqə