Чт. Май 13th, 2021

Saçları yuyarkən yol verilən 8 SƏHV — Hamımız belə edirik

«Saçları yumağın da bir qaydası var?» deyə düşünürsünüzsə, bu məqaləni oxuduqdan sonra fikriniz dəyişəcək. Saçların gözəl və baxımlı görünməsi onlara edilən qulluqdan aslıdır. Həmçinin saçlara olunan qidalandırıcı maskaların və tətbiq edilən vasitələrin keyfiyyəti onların sağlamlığını və gözəl görünüşünü təmin edir.

Səhv 1: Saçları dəsmalla qurulamaq

Dəsmalla sürtülən zaman saçların strukturunda bir sıra dəyişikliklər gedir. Buna görə də saçları dəsmalla qurulamaq yerinə, yaxşı olardı ki, onun təbii yolla qurumasını təmin edəsiniz.

Səhv 2:  Şampundan həddən çox istifadə etmək

Çox — yaxşı demək deyil. Hər halda bu, saç şampunlarına və kondisionerlərinə aid edilə bilər. Şampunun miqdarı saçların nə qədər tez-tez yuyulmasından aslı olaraq dəyişir. Əgər saçları hər gün yumaq məcburiyyətindəsinizsə, o zaman hər dəfə saçlarınızı 2 dəfə şampunlamaya bilərsiniz. Bunu həftədə bir dəfə etmək kifayət edər.

Səhv 3: Saç diblərini çox möhkəm sürtmək

Saç diblərinin möhkəm qaşınaraq yuylması saçların tökülməsinə səbəb ola bilər. Buna görə də saçları yumşaq, dairəvi hərəkətlərlə yuyun.

Səhv 4: Başınızı yuyarkən çox tələsirsiniz

Nəticədə də saç köklərini təmiz yumursunuz. Bütün problemlər də burdan başlayır.

Səhv 5: Kondidioner istifadə etmirsiniz?

Nahaq yerə! Balzam təkcə saçların рН səviyyəsini müəyyən etmir, həm də saçlara parıltı və həcm verir. Yeganə fərqi odur ki, kondisioneri saçların yalnız uclarına deyil, həm də diblərinə də vura bilərsiniz.

Səhv 6: saçlarınızı gec-gec yuyursunuz

Bu çox fərdi məsələdir. Belə ki, biri saçlarını 1 həftə yumaya, bununla belə çox təmiz görünə, və ya əksinə, digəri 2 gündən bir yusa da çox çirkli görünə bilər. Buna görə də saçlarınızın yağlı və ya quru olduğunu təyin etməlisiniz.

Səhv 7: Saçınızı qaynar su ilə yuyursunuz

Qaynar su — sağlam saçların düşmənidir. O, saçların pulcuqlarını açaraq  zədələyir.

Səhv 8: Saçlarınızı həmişə fenlə qurudursunuz

Saçları fenlə qurutmaq çox rahatdır. Amma burada bir məqam var. Saçlarınız tamam yaş olduqda onların təbii şəkildə qurumasını təmin edin. Saçlar artıq azacıq nəm hala gəldikdə onları fenlə qurutmaq olar.

Haqqımızda

AiləTravel.net xəbər saytı deyil, fərqli bir saytdır. AiləTravel.net saytında kriminal, siyasi xəbərlərə,şou xəbərlərə və xəbər saytlarına xas olan ənənəvi olan informasiyalara demək olar ki,rast gəlməyəcəksiniz. Bu sayt ancaq pozitiv məlumatlardan ,faydalı məlumatlardan əyləncəli şəkildə bəhs edən saytdır. ailetravel.net təkcə səyahət saytı deyil,eyni zamanda müxtəlif sahələrə marağı olan insanların informasiya tələbatını təmin edə biləcək əyləncəli-maarifləndirici saytdır.
Əgər sizin reallıqda səyahət etməyə imkanınız yoxdursa bizim saytla virtual səyahət edə bilərsiniz.Əgər siz aktiv səyahətçisinizsə eynilə bizim saytdakı materiallardan faydalana bilərsiniz, özünüz üçün yeni bilgilərdən istifadə edə bilərsiniz. Saytımızın səhifələrində nəinki peşəkar səyahət verilişləri ilə, eləcə də müəllif -həvəskar çəkilişlərlə tanış olacaqsınız. Güman edirik ki, informasiya bolluğunun olduğu indiki vaxtda AiləTravel.net sizlərin zövqünüzü oxşayan və tələblərinizə cavab verən mətbu orqan olacaq. Ümid edirik dəyərli vaxtınızı faydalı və maraqlı keçirəcəksiniz. Səyahətlə bağlı təəsüratlarınızı bizimlə bölüşə bilər,bu haqda yazılarınızı,vidematerialları, şəkilləri ,eləcə də irad və təkliflərinizi elektron ünvanımıza göndərə bilərsiniz.
AiləTravel.net həmçinin bütün yerli və xarici turizm şirkətlərini, eləcə də bütün iş adamlarını aktiv əməkdaşlığa dəvət edir.

Əlaqə