Təbiət və balıq ovu həvəskarları üçün istirahət – Video

Qəbələ şəhərindən qısa məsafədə yerləşən Nohur gölü Azərbaycanın füsunkar gözəlliyə malik yerlərindəndir

Burada həm bölgə sakinləri, həm də turistlər istirahət etməyi xoşlayırlar. Sputnik Azərbaycan Nohur gölündə olub.

Nohur gölü dəniz səviyyəsindən 700 metr hündürlükdə yerləşir və hər tərəfdən yüksək dağlarla əhatə olunub. Göl Qəbələ şəhərindən üç kilometr məsafədə yerləşir. 240 hektar ərazisi olan gölün dərinliyi 24 metr, suyun həcmi isə 16 milyon kubmetrdir. Göl balıq ovu və avarçəkmənin inkişafı baxımından böyük əhəmiyyətə malikdir.

Qeyd: Nohur gölündə çimmək qadağandır, bu barədə xəbərdaredici lövhələrdə yazılır. Lakin bu qadağan həvəskarlara mane olmur. Amma burada balıq tutmaq, yaxşı vaxt keçirmək olar.

Likes:
1 0
Views:
96