Təyyarə ilə səyahətin şərtləri – Hava nəqliyyatı üçün sağlıq tövsiyyələri açıqlandı

Maska taxmaq, temperaturun yoxlanması, təyyarənin dezinfeksiya edilməsi: Beynəlxalq Mülki Aviasiya Təşkilatı (BMAT) dünən – iyunun 1-də hava nəqliyyatı sənayesi üçün sağlıq tövsiyələrini açıqlayıb.

Protokolu BMAT ilə Dünya Səhiyyə Təşkilatı və Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası birlikdə hazırlayıblar.

“Frans Pres” agentliyi yazır ki, 2001-ci ilin 11 sentyabr terrorundan sonra Birləşmiş Ştatlarda tətbiq olunmuş təhlükəsizlik tədbirlərindən bəri belə dəyişikliklər təklif olunmayıb. Aeroportlara gedən sərnişinlər sağlamlıq haqqında arayış təqdim etməli, ilkin temperatur yoxlamasından keçməlidirlər. Aeroportda onlayn qeydiyyatdan keçməyə üstünlük verilir. Təhlükəsizlik yoxmalasından keçid qaydalarına da yenidən baxılmalıdır ki, fiziki təmas, növbə gözləmək azalsın.

Kontaktsız texnologiya, üz, yaxud gözün skan olunması tövsiyə olunur.

“Bu, əməkdaşlarla sərnişinlər arasında səyahət sənədlərinin yoxlanması ehtiyacını aradan qaldıracaq, yaxud ciddi şəkildə azaldacaq”, – protokolda vurğulanır.

Sərnişinlərə mümkün qədər az, bircə əl yüküylə səyahət etmək tövsiyə olunur. Daha təyyarədə oxumağa qəzet, yaxud jurnal verilməyəcək, rüsumsuz (duty-free) satışlar məhdudlaşdırılacaq.

Təyyarədə və terminallarda maska taxmaq məcbur olacaq, azı bir metrlik məsafə gözlənməsi tövsiyə edilir.

Haqqımızda

AiləTravel.net xəbər saytı deyil, fərqli bir saytdır. AiləTravel.net saytında kriminal, siyasi xəbərlərə,şou xəbərlərə və xəbər saytlarına xas olan ənənəvi olan informasiyalara demək olar ki,rast gəlməyəcəksiniz. Bu sayt ancaq pozitiv məlumatlardan ,faydalı məlumatlardan əyləncəli şəkildə bəhs edən saytdır. ailetravel.net təkcə səyahət saytı deyil,eyni zamanda müxtəlif sahələrə marağı olan insanların informasiya tələbatını təmin edə biləcək əyləncəli-maarifləndirici saytdır.
Əgər sizin reallıqda səyahət etməyə imkanınız yoxdursa bizim saytla virtual səyahət edə bilərsiniz.Əgər siz aktiv səyahətçisinizsə eynilə bizim saytdakı materiallardan faydalana bilərsiniz, özünüz üçün yeni bilgilərdən istifadə edə bilərsiniz. Saytımızın səhifələrində nəinki peşəkar səyahət verilişləri ilə, eləcə də müəllif -həvəskar çəkilişlərlə tanış olacaqsınız. Güman edirik ki, informasiya bolluğunun olduğu indiki vaxtda AiləTravel.net sizlərin zövqünüzü oxşayan və tələblərinizə cavab verən mətbu orqan olacaq. Ümid edirik dəyərli vaxtınızı faydalı və maraqlı keçirəcəksiniz. Səyahətlə bağlı təəsüratlarınızı bizimlə bölüşə bilər,bu haqda yazılarınızı,vidematerialları, şəkilləri ,eləcə də irad və təkliflərinizi elektron ünvanımıza göndərə bilərsiniz.
AiləTravel.net həmçinin bütün yerli və xarici turizm şirkətlərini, eləcə də bütün iş adamlarını aktiv əməkdaşlığa dəvət edir.

Əlaqə: (+994) 70 501 88 17