Turistlərə İranın Nətənz ərazisinə getmək qadağan edildi, çünki…

İranın İsfahan vilayətinin Nətənz rayonunun Əbyanə kəndinə getmək turistlərə qadağan olunub.

Trend-in məlumatına görə, bunu İranın Nətənz rayonu Əbyanə kəndinin icra nümayəndəsi Əli Abidini deyib.

Ə.Abidininin sözlərinə görə, bu addım kənddə Məhərrəm ayının 9 və 10-cu günləri, Tasua və Aşura mərasimləri zamanı izdihamın qarşısını almaq məqsədilə atılıb.

İcra nümayəndəsi əlavə edib ki, Əbyanədə əhalinin bir hissəsi böyük şəhərlərdə yaşayırlar. Lakin Məhərrəm ayı mərasimləri üçün kəndə gəlirlər:

“Sadəcə öncədən otellərdə rezerv edən turistlər kəndə gələ bilərlər”.

İranın İsfahan vilayətində Kərkəs dağının ətəyində yerləşən Əbyanə kəndi İranda ən hündürlükdə olan yaşayış məntəqəsidir. Belə ki, bu kəndin dəniz səviyyəsindən hündürlüyü 2222 metrdir. Əbyanə kəndi tarixi abidələri ilə məşhurdur.

Likes:
0 0
Views:
66
Article Categories:
Asiya