Turizm üzrə ekspert: “Turizmdən yalnız pul qazanmağı düşünsək, çox şey itirərik”

0
32

Xəbər verdiyimiz kimi, Azərbaycan Turizm Agentlikləri Assosiasiyası( ATAA) Ekspertlər Şurası yaradıb.

Bizimyol.info saytına assosiasiyadan verilən məlumata görə, qurumun tabeliyində fəaliyyət göstərəcək Ekspertlər Şurasında daxili və xarici turizm komissiyası, eyni zamanda xarici logistika komissiyası yaradılıb.

Azərbaycan Turizm Agentlikləri Assosiasiyası İdarə Heyətinin üzvü və Ekspertlər Şurasının rəhbəri Göydəniz Qəhrəmanov Bizimyol.info saytına verdiyi açıqlamada bildirib ki, Ekspertlər Şurası Azərbaycanda gəlmə və getmə turizmində mövcud olan problemləri araşdıracaq və onların həlli istiqamətində təkliflər hazılayaraq idarə heyətinə təqdim edəcək.

Onun sözlərinə görə, yaradılan komissiyalar həmçinin, Azərbaycana turist axınının artırılması, turistlərin məmnun yola salınması üçün yeni mexanizmlərinin hazırlanması istiqamətində də təkliflər hazırlayacaq.

“Məqsəd həm daxili turizimi həm xarici turizmi inkişaf etdirmək.Şura üzvləri fərqli turizm şirkətlərinin rəhbərləridirlər. Onlar praktikada üzləşdikləri problemlər barədə məlumatlar və həll yolarına dair təkliflər irəli sürəcəklər”.

Azərbaycana nə üçün məhz Hindistandan və ərəb ölkələrindən daha çox turist axını olması barədə sualımızı cavablandıran Qəhərmanov bunu ölkəmizidə kriminal durumun sabit olması və iqtisadi inkişafla əlaqələndirib:

Turistlər

“Bəli, ölkəyə əsasən Hindistandan və ərəb dövlətlərindən ailəvi şəkildə gələn turistlərin sayı çoxdur. Bu yəqin ki birinci növbədə bizdə kriminal durumun çox sabit olması ilə əlaqədardır. Turistlər ailəvi şəkildə heç bir narahatlıq çəkmədən istədikləri yerdə və günün istənilən saatında rahat gəzə bilirlər. İkincisi, gördüyünüz kimi həm regionlarımız, həm də Bakı gündən günə gözəlləşir, turistlər üçün daha cazibədar olur. Hindistandan və Ərəbistandan gələn turistlər təkcə paytaxtı görməklə kifayətlənmirlər. Təbiət qoynuna, yaşıllılqlara üz tuturlar. Bu mənada Qəbələ, Quba, Şəki kimi bölgələrimizi məmnuniyyətlə seçirlər. Ancaq hesab edirəm ki, bununla kifayətlənmək olmaz, başqa ölkələrdən də turist axının artmasına cəhd etməliyik. Turizm əslində patriotizm işidir. Burda yalnız pul qazanmağı düşünsək itirərik. Turist qəbul edən hər kəs bilməlidir ki, bizim ölkəmizin imicini təmsil edir.Bu insanın daxilindən gəlməlidir. Bəzən turistlərdən kiçik narazılqılar eşidirik. Amma bizim turistlərimizin də xarici ölkələrdə qarşılaşdığı problemlər olur. Bu qlobal formada deyil və hər gün rast gəlinmir”.

Son dövrlər istər turist kimi səfərə çıxanlar, istərsə də iş səyahətinə gedənlər Azərbaycan Hava Yollarında qiymətlərin başqa ölkələrə nisbətən baha olduğunu söyləyirlər. Bu yəqin ki, turzmə də öz mənfi təsirini göstərir. Bəs görəsən ATAA bununla bağlı hansısa təsir mexanizminə malikdirmi?
Göydəniz Qəhrəmanovun dediyinə görə, Azərbaycan Hava Yolları əslində hər zaman müzakirələrə, danışıqlara açıq bir qurumdur.

“Qiymət məsələsi mövsümdən asılı olaraq tənzimlənir. Təəssüfi bizim soydaşlarımız aviabiletlərini və saatlarını həmişə son günlərə salırlar, öncədən planlaşdırmırlar. Öncədən sifariş edilən biletlər daha ucuz başa gəlir. Hava yollarının qaydaları var. Bu praktika demək olar ki, bütün dünyada tətbiq edilir, hətta loukoslar da son saatlarda sifariş edilən təcili biletləri baha satırlar.

Biz turizm şirkətləri olaraq həm ölkə, həm də xarici ölkələrin hava yolları ilə danışıqlar aparırıq. Bu əsasən hansısa istiqamətlərə yeni reyslərin açılması ilə bağlı olur. Regionlardakı aeroportların açılması hər zaman həm bizə, həm Azərbaycan Hava Yollarına maraqlı olub. Hesab edirəm ki, yeni yaradılan şura bu məsələləri də diqqət mərkəzində saxlayacaq”,- deyə o Bizimyol.info saytına bildirib.