Valehedici görünüşə malik ən sirli məkanlardan biri- ANTİLOP KANYONU / FOTOLAR

Amerikanın Arizona əyalətinin şərqində yerləşən Antilop kanyonu görünüşü ilə turistləri valeh edir.

Gununsesi.org xəbər verir ki, valehedici görünüşü ilə hər kəsi heyran edən Antilop kanyonu Arizonada yerləşir. Kanyona Antilop adının verilmə səbəbi Avropalıların Amerikanı kəşf etdikdən sonra ərzidə antilopların yaşaması olub.

Kanyon əyalətin ən sirli məkanlarından biri hesab olunur. Min illər əvvəl mövsümi yağış və külək tərəfindən əmələ gəlib. Qırmızı qaya yuvası olan kanyon qum daşı divarlara və təbii işığa sahibdir. Genişliyi 8-12 fut olan dar keçidlərdə gəzən insanlar özlərini əsl macərapərəst kimi hiss edirlər. Üst kanyon adlanan hissə əyalətin ən populyar məkanıdır. Çünki günəş ən çox bu hissəni işıqlandırır.

Kanyon oktyabr və mart ayları arasında saat 11:00 ilə gecə 01:00 radələrində ziyarət edilməsi məsləhət görülür. Həddindən çox turist olduğuna görə artıq foto turlara icazə verilmir. Lakin insanlar özləri ilə fotoaparatlarını və kameralarını götürə bilərlər.

 

Haqqımızda

AiləTravel.net xəbər saytı deyil, fərqli bir saytdır. AiləTravel.net saytında kriminal, siyasi xəbərlərə,şou xəbərlərə və xəbər saytlarına xas olan ənənəvi olan informasiyalara demək olar ki,rast gəlməyəcəksiniz. Bu sayt ancaq pozitiv məlumatlardan ,faydalı məlumatlardan əyləncəli şəkildə bəhs edən saytdır. ailetravel.net təkcə səyahət saytı deyil,eyni zamanda müxtəlif sahələrə marağı olan insanların informasiya tələbatını təmin edə biləcək əyləncəli-maarifləndirici saytdır.
Əgər sizin reallıqda səyahət etməyə imkanınız yoxdursa bizim saytla virtual səyahət edə bilərsiniz.Əgər siz aktiv səyahətçisinizsə eynilə bizim saytdakı materiallardan faydalana bilərsiniz, özünüz üçün yeni bilgilərdən istifadə edə bilərsiniz. Saytımızın səhifələrində nəinki peşəkar səyahət verilişləri ilə, eləcə də müəllif -həvəskar çəkilişlərlə tanış olacaqsınız. Güman edirik ki, informasiya bolluğunun olduğu indiki vaxtda AiləTravel.net sizlərin zövqünüzü oxşayan və tələblərinizə cavab verən mətbu orqan olacaq. Ümid edirik dəyərli vaxtınızı faydalı və maraqlı keçirəcəksiniz. Səyahətlə bağlı təəsüratlarınızı bizimlə bölüşə bilər,bu haqda yazılarınızı,vidematerialları, şəkilləri ,eləcə də irad və təkliflərinizi elektron ünvanımıza göndərə bilərsiniz.
AiləTravel.net həmçinin bütün yerli və xarici turizm şirkətlərini, eləcə də bütün iş adamlarını aktiv əməkdaşlığa dəvət edir.

Əlaqə: (+994) 70 501 88 17