Vyetnam bələdçisi

0
120

Salam, Gəzəyənlər!

Sizlərlə Vyetnam ?? səfərim barədə təəssüratlarımı bölüşmək istəyirəm. Yenə o qədər də populyar olmayan bir istiqamətdə hərəkət etmək qərarına gəldim. Mənim üçün turistlə qaynamayan yerlərin ayrıca yeri var. Bununla bağlı həttə yeni bloq açmışam və orada maraqlı məlumatlar paylaşacam və səyahət məaləhətləri verəcəm. Səhifənin adı chilly_traveler , maraqlananlar izləyə bilər.

62194287_10215667954240887_2561163520582352896_n

İlk öncə qeyd edim ki, gözləntilərimdən qat qat üstü bir təcrübə yaşadım. Gözlədiyimdən artıq çirkli idi, həddindən artıq xaotik (motosiklet va maped sayı maşın sayından 20 dəfə çoxdur), harada kı, yolu keçərkən heç kim yol vermir və 360 dərəcə ətrafa baxmaq lazımdır, çünki hər yerdən bir motosiklet çıxa bilər, hər tərəfdən siqnal səsi gəlir (Azərbaycandan 10 qat artıq), küçədə gəzmək çətin, turist görənlər dərhal nəsə satmaq istəyir, motosiklet sürücüləri əlindən tutub harasa dartırlar, yemək iyisi bütün ölkəni bürüyüb, ictimai nəqliyyat yoxdur və s. Lakin bütün bunlar hamısı bir yerdə fərqli və çox maraqlı bir atmosfer yaradır. Mən isə bu atmosferə vuruldum. Qısaca Vyetnamda nə etmək olar:
Hanoi (paytaxt):
 Küçə yeməyi turu (street food tour) etmək olar. Bir bələdçi sizi mərkəzdə gəzdirəcək və vaxtaşırı müxtəlif budkaların qabağında dayanıb fərqli yeməklərin dadına baxacaqsınız. Ümumiyyətlə, mətbəxlərini sevirəm. Pho Bo supunu öncədən sevirdim, burda isə demək olar ki, hər gün yeyirdim. Ayrıca qurbağa əti yedim ilk dəfə. İyrənc səslənsə də, toyuq ətinin daha şirin versiyasıdır.

62126940_10215667952480843_7998151097191497728_n
– Yemək bişirmək dərsi (Cooking class). Bu turda Vyetmam mətbəxinin müxtəlif yeməklərini bişirməyi öyrənəcəksiniz. Çox məsləhətdir.
– Alış-veriş. Geyim, aksesuar və əl işləri əsasən yayılıb. Geyimlərin çoxu saxta gucci, armani olsa da, bəzi yerli butiklərdən yaxşı qiymətə yerli istehsal, keyfiyyətli paltar almaq olar. Əl işləri isə almaq məsləhətdir.
– Train Street. Gördüyüm ən qeyri adi küçələrdəndir. Küçənin ortasından gündə bir neçə dəfə qatar keçir. İnsanlar qapısı isə bu küçəyə açılır. Hətta çoxlu coffeeshop var, harda oturub qatarın səndən 10sm aralı keçməyini izləmək olar.

62079060_10215667953240862_8198460061115219968_n

Halong Bay:
– Vyetnamın ən turistik yerlərindəndir. Çox gözəl bir yerdi və məncə həyatda gediləsi yerlərdən biridir.
– Burada çox insan gəmi otellərdə, dənizin ortasında gecələyir. Məndə elə etdim, möhtəşəm idi.
– Mirvari fermalarına gedib baxib, yaxşı qiymətə təmiz mirvari almaq olar

Hoi An:
– Ən autentik şəhər adlandırardım. Xırda şəhərcikdi, evləri eyni tərzdədir və gəzməyi zövq verir.
– Dərzilər. Burada siz bir gün ərzində istədiyiniz parçadan paltar tikdirə bilərsiniz. Hətta istədiyiniz əşyanın şəklini göstərsəniz kifayətdir. Sizin ölçüləri götürəcəklər və səhərə hazır olacaq paltar. Çatdırmasanız götürməyə, evinizə belə göndərəcəklər.

Ho Chi Minh (keçmiş Saigon):
– Məşhur bazarına gedib alış-veriş edə bilərsiniz. Alver isə gülməlidir bəzən, sizə qiyməti deyirlər və siz cavab verməmiş “Okey, discount” deyib özləri qiymət öldürür))
– Mərkəzi əyləncə küçəsi (Pham Ngu Lao) isə insan izdihamıdır. Yemək yeyənlər, karaoke oxuyanlar, nəsə satanlar, ətrafa baxan turistlər, yerli gənclər. Çox fərqli basabasdır. Beləsini görməmişdim (Cümə günü idi).
– Küçələrdə sərin tropik meyvə şirələri ucuz qiymətə içə bilərsiniz.
– Motosiklet ilə şəhər turu (biraz təhlükəli ola bilər, amma dəyər).

Mekonq Delta:
– Nəqliyyat bu rayonda əsasən qayıqlardı. İnsanlar qayıqlar ilə hərəkət edir. Gediləsi yerdir.
– Kokos ağacından isə nələr etmirlər. Kokos şəkəri, yağı, südü, konfeti, qabığından süpürgə, ağacından ev, yarpaqlarından isə dam düzəldirlər. Hamısını izləmək mümkündür.

Çalışdım qısa yazam. Deyiləsi hələ çox şey var. ??????

61850276_10215667950720799_7313440861038051328_n

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Ucal Agammedov