“Xərçəng” xəstəliklərinin yuvası olan gözəllik salonları – VİDEO – FOTO

Adi gözəllik proseduru kimi görünən manikür və pedikür çox qorxulu nəticələr verə bilər. Bunun üçün üz tutulan natəmizlik gözəllik mərkəzləri QİÇS, hepatit, xərçəng kimi xəstəliklərin yuvasıdır.

milli.az xəbər verir ki, məsələ ilə bağlı ARB TV-nin efirində yayımlanan “Günə doğru” verilişində sujet hazırlanıb.

Sakin: “Bir insanın dırnağında istifadə olunan alətləri, başqa bir insanın dırnağında təmizlənməmiş istifadə etsək onda olan hər hansı bir xəstəlik keçə bilər”.

Sakin: “Ustanı tanımaq lazımdır, yəni ilk öncə onun bu sənəti haradan öyrəndiyini bilmək lazımdır. Çünki indiki ustalar olur ki, 2 aylıq kursa gedir və mən ustayam deyir, gəlir oturur salonda. Özü belə “youtube”-dan baxıb öyrənir. Belələri dırnağın plastinkasını zədələyə də bilir”.

Bəzən qadınlar peşəkar mərkəz və salonlarla yanaşı, hətta evlərdə də manikür və pedikür prosesini icra edirlər. Lakin mütəxəssəsislər bununla bağlı ciddi xəbərdarlıq edirlər.

Hüseynova Səidə – Sahə mütəxəssisi: “Sterilizə olunmuş alətlərə xüsusilə diqqət yetirməlisiniz. Xanımlar rahatçılıq və təmizkarlıq üçün evdə olunan pedikürə, manikürə üstünlük verirlər. Əslində isə bu ev şəraitində sterlizə olunan məsələlər deyil, ona görə də sterlizə avadanlıqları, aparatları olan mərkəzlərə, salonlara müraciət etmələrini tövsiyə edirik”.

Vəfa Əhmədova – Terapevt: “Xüsusilə “Hepatit-C” xəstələyinin və hepatitinin digər növlərinin, spit xəstəliyinin, stafilokok, streptekok infeksiyalarının, göbələk xəstəliklərinin yayılmasına gətirib çıxarır ki, bu da gələcəkdə orqanizmdə böyük fəsadlara gətirib çıxarır”.

Təmizlikdən əlavə makinür və pedikürin aparılması vaxtları da önəm daşıyır. Tez-tez bunu edən xanımların xərçəngə tutulma riskləri çoxalır.

Vəfa Əhmədova – Terapevt: “Bu zaman dırnaq ətində xüsusi zədələnmələr əmələ gəlir ki, bu da gələcəkdə xərçəng hüceyrələrinin orada inkişaf etməsinə və dəri xərçənginin əmələ gəlməsinə gətirib çıxarır”.

Bununla yanaşı prosedur zamanı istifadə olunan məhsulların keyfiyyəti də çox önəmlidir.Ailetravel.net 

Haqqımızda

AiləTravel.net xəbər saytı deyil, fərqli bir saytdır. AiləTravel.net saytında kriminal, siyasi xəbərlərə,şou xəbərlərə və xəbər saytlarına xas olan ənənəvi olan informasiyalara demək olar ki,rast gəlməyəcəksiniz. Bu sayt ancaq pozitiv məlumatlardan ,faydalı məlumatlardan əyləncəli şəkildə bəhs edən saytdır. ailetravel.net təkcə səyahət saytı deyil,eyni zamanda müxtəlif sahələrə marağı olan insanların informasiya tələbatını təmin edə biləcək əyləncəli-maarifləndirici saytdır.
Əgər sizin reallıqda səyahət etməyə imkanınız yoxdursa bizim saytla virtual səyahət edə bilərsiniz.Əgər siz aktiv səyahətçisinizsə eynilə bizim saytdakı materiallardan faydalana bilərsiniz, özünüz üçün yeni bilgilərdən istifadə edə bilərsiniz. Saytımızın səhifələrində nəinki peşəkar səyahət verilişləri ilə, eləcə də müəllif -həvəskar çəkilişlərlə tanış olacaqsınız. Güman edirik ki, informasiya bolluğunun olduğu indiki vaxtda AiləTravel.net sizlərin zövqünüzü oxşayan və tələblərinizə cavab verən mətbu orqan olacaq. Ümid edirik dəyərli vaxtınızı faydalı və maraqlı keçirəcəksiniz. Səyahətlə bağlı təəsüratlarınızı bizimlə bölüşə bilər,bu haqda yazılarınızı,vidematerialları, şəkilləri ,eləcə də irad və təkliflərinizi elektron ünvanımıza göndərə bilərsiniz.
AiləTravel.net həmçinin bütün yerli və xarici turizm şirkətlərini, eləcə də bütün iş adamlarını aktiv əməkdaşlığa dəvət edir.

Əlaqə: (+994) 70 501 88 17