“Yazıçı pullu adamlar tərəfindən istismar edilməməlidir” – Kənan Hacı

“Karantin günlərində depressiyanı qətiyyən özümə yaxın buraxmadım. Xeyli kitablar oxudum, filmlərə baxdım. Pandemiya və ədəbiyyat mövzusunda bir neçə esse yazdım. Mətbuatda dərc olunub. Yaxın bir dostumuzun romanının redaktəsiylə məşğul oldum. Darıxmağa bir dəqiqə belə vaxt olmadı. “Pandemiya ilinin şeiri”ni yazdım. “Ədəbiyyat qəzeti”ndə dərc olundu. Eyni zamanda, ədəbi esselərimdən ibarət bir kitab buraxdırmağı düşünürəm. Təəssüf ki, hələ buna imkan yoxdur”.

 

Bunu Modern.az-a açıqlamasında yazıçı Kənan Hacı deyib. Yazıçının sözlərinə görə, hal-hazırda bir roman üzərində çalışır: “Tamamilə yeni mövzudur, bir az kütləvi oxucuya hesablanıb. Hansı istiqamətə gedib çıxacaq, hələ bilmirəm. Sağlıq olsun, bu yay bitirmək fikrim var. Yeni hekayələr kitabımı çapa hazırlayıram. Belə deyək, vaxtdan maksimum səmərəli istifadə etməyə çalışdım”.

 

Kənan Hacı ölkədəki kitab sənayesinin mövcud durumuna da toxunub. Yazıçının sözlərinə görə, kitab sənayesi bizim ən yaralı yerimizdir: “Bu barədə dəfələrlə danışmışıq, yazmışıq, təəssüf ki, heç bir irəliləyiş yoxdur. Yaxın qonşumuz olan Gürcüstanda iri şirkətlər illik gəlirlərinin 1 faizini ədəbiyyata, gənc yazarların kitablarının çapına ayırır. Nəticə göz qabağındadır, müasir  gürcü yazıçılarının kitabları xarici ölkələrdə çap olunur. Bizdə bu sahə də monopoliyadadır. Gənc və istedadlı yazarların kitablarının çapı üçün lazımi maddi dəstək göstərilmir. Kitab marketinqi demək olar ki, yox dərəcəsindədir. Ona görə dünya ilə ayaqlaşa bilmirik, əlli il geridə qalmışıq”.

 

Nasirin sözlərinə görə, bu maneələr aşılmasa, heç bir irəliləyişdən söhbət gedə bilməz: “Yazıçıya normal qonorar ödənilməlidir ki, oturub əsərini yazsın. Yazıçı ədəbi qul kimi pullu adamlar tərəfindən istismar edilməməlidir. Bu, yazıçı üçün rəzalətdir. Öz imkanları hesabına xaricdə çap olunmaq gülüncdür. Nəşriyyat sənin əsərini müqavilə ilə çap etməlidir. Belə görünür, bu məsələlərin qaydasına düşməsi üçün hələ uzun bir zamana ehtiyac var”.

 

Tural Turan

Haqqımızda

AiləTravel.net xəbər saytı deyil, fərqli bir saytdır. AiləTravel.net saytında kriminal, siyasi xəbərlərə,şou xəbərlərə və xəbər saytlarına xas olan ənənəvi olan informasiyalara demək olar ki,rast gəlməyəcəksiniz. Bu sayt ancaq pozitiv məlumatlardan ,faydalı məlumatlardan əyləncəli şəkildə bəhs edən saytdır. ailetravel.net təkcə səyahət saytı deyil,eyni zamanda müxtəlif sahələrə marağı olan insanların informasiya tələbatını təmin edə biləcək əyləncəli-maarifləndirici saytdır.
Əgər sizin reallıqda səyahət etməyə imkanınız yoxdursa bizim saytla virtual səyahət edə bilərsiniz.Əgər siz aktiv səyahətçisinizsə eynilə bizim saytdakı materiallardan faydalana bilərsiniz, özünüz üçün yeni bilgilərdən istifadə edə bilərsiniz. Saytımızın səhifələrində nəinki peşəkar səyahət verilişləri ilə, eləcə də müəllif -həvəskar çəkilişlərlə tanış olacaqsınız. Güman edirik ki, informasiya bolluğunun olduğu indiki vaxtda AiləTravel.net sizlərin zövqünüzü oxşayan və tələblərinizə cavab verən mətbu orqan olacaq. Ümid edirik dəyərli vaxtınızı faydalı və maraqlı keçirəcəksiniz. Səyahətlə bağlı təəsüratlarınızı bizimlə bölüşə bilər,bu haqda yazılarınızı,vidematerialları, şəkilləri ,eləcə də irad və təkliflərinizi elektron ünvanımıza göndərə bilərsiniz.
AiləTravel.net həmçinin bütün yerli və xarici turizm şirkətlərini, eləcə də bütün iş adamlarını aktiv əməkdaşlığa dəvət edir.

Əlaqə: (+994) 70 501 88 17